Главная > İdman / Manşet > Masallıda ilə “Heydər Əliyev ili” nə həsr olunmuş şahmat üzrə rayon birinciliyi

Masallıda ilə “Heydər Əliyev ili” nə həsr olunmuş şahmat üzrə rayon birinciliyi


22-05-2023, 20:24. Разместил: admin44

22 may 2023-cü il tarixdə Masallı rayon Gənclər və İdman idarəsinin, “Uşaq-Gənclər İdman Şahmat Məktəbinin və Masallı Rayon DİİXİHİ komitəsinin birgə təşkilatçılığı ilə “ Heydər Əliyev ili” nə  həsr olunmuş  yeniyetmə və gənclər arasında Şahmat idman növü üzrə  rayon birinciliyinə yekun vurulub.

Tədbirdə  əvvəlcə Ulu öndər Heydər Əliyevin və  Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Tədbirin mükafatlandırılma   mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov , “Uşaq-Gənclər İdman şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov  və Masallı Rayon   DİİXİHİ  komitəsinin sədri Camal Hüseynov çıxış edərək Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli və mənalı həyat yoluna tarixi-xronoloji nəzər salıblar. Bildirilib ki, müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər Heydər Əliyevin adı ilə sarsılmaz tellərlə bağlıdır. Ümummilli Liderin digər sahələrdə olduğu kimi, ölkə idmanının inkişaf strategiyasını da müəyyənləşdirdiyini qeyd edən natiqlər, bu istiqamətdə aparılan kompleks tədbirlər nəticəsində qısa müddətdə böyük nailiyyətlərin əsasının qoyulduğunu bildiriblər. Vurğulanıb ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan sözün əsl mənasında idman ölkəsinə çevrilib, ölkəmizdə idmanın kütləviliyi tam təmin olunub, bədən tərbiyəsi və idmanın inkişafı bütün ölkə ərazisini əhatə edib, dünya idman arenalarında respublikamızı layiqincə təmsil edən idmançılar yetişib.

Qeyd edək ki, birincilik iki gün  (21-22) may  tarixlərində keçirilib. Birincilikdə 70 nəfərə yaxın idmançı iştrak edib.

Rayon birinciliyində qalib gəlmiş idmançılar təşkilat komitəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.





“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад