Главная > İdman > Masallıda Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib
Masallıda Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib6-03-2018, 14:50. Разместил: yeni321 |
Masallıda Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib. Əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov qeyd edib ki, Azərbaycanda idmana dövlət tərəfindən göstərilən diqqət və qayğı nəticəsində idmançı olmaq çox şərəfli bir peşəyə çevrilib. Azərbaycanda idmanın inkişafı üçün çox gözəl şərait yaradılıb. Bu inkişaf gəncləri sağlam, iradəli, vətənpərvər yetişdirmək məqsədi daşıyır. 2017-ci il ərzində idmançılarımızın uğurlarından danışan idarə rəisi bir daha onlara gələcək yarışlarda uğurlar arzulayıb. Masallı RGİİ-nin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin direktoru Elxan Kərimov, Əməkdar məşqçi Xanağa Quliyev, Əməkdar Bədən Tərbiyəsi və İdman işçisi Tahir Məmmədov, məşqçi-müəllimlər Təhmasib İsayev, Sabir Lətifov,Süfəddin Məmmədov, Seyran Babayev və başqaları dövlətimiz tərəfindən idmanın inkişafı və idmançılara göstərilən qayğıdan , ölkədə sağlam gəncliyin formalaşdırılması, respublikamızın idman nüfuzunun yüksəldilməsi və beynəlxalq aləmdə tanınmasından danışaraq bildiriblər ki, bu gün Azərbaycanda müasir standartlara cavab verən Olimpiya idman kompleksləri və mərkəzlərinin fəaliyyəti, bu sahədə qəbul edilən dövlət proqramları yeniyetmələrə, gənclərə göstərilən qayğının parlaq nümunəsidir. Tədbirdə bir qrup idmançı və məşqçi-müəllim idarə tərəfindən Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |