Главная > İdman > Masallıda Yunan-Roma güləşi üzrə açıq rayon birinciliyi keçirilib

Masallıda Yunan-Roma güləşi üzrə açıq rayon birinciliyi keçirilib


2-04-2018, 17:09. Разместил: yeni321
 
Masallıda Yunan-Roma  güləşi üzrə açıq rayon birinciliyi keçirilib

Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ərkivan qəsəbə Mədəniyyət evində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Yunan-Roma güləş idman növü üzrə yeniyetmə və gənclər arasında açıq rayon birinciliyi keçirilib.
Yarışın əsas məqsədi ulu öndərin xatirəsini yad etmək, cənub bölgəsində güləş idman növünə marağın artırılması, perspektivli idmançıların üzə çıxarılmasıdır.
Birincilikdə Masall rayon pəhləvanları ilə yanaşı Lənkəran idmançıları da mübarizə aparıblar.
10 çəki dərəcəsində 98 atletin qatıldığı yarış olduqca gərgin mübarizə şəraitində keçib.
İki gün (1-2 aprel) davam edən açıq birinciliyin qalibləri Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıb.

Yeni həyat”,
 
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад