Главная > İdman > Masallıda futbol üzrə açıq rayon birinciliyinə start verilib

Masallıda futbol üzrə açıq rayon birinciliyinə start verilib


9-04-2018, 18:19. Разместил: yeni321
 

Masallıda futbol üzrə açıq rayon birinciliyi

 
Banbaşı kənd stadionunda Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş futbol üzrə açıq rayon birinciliyinin açılış mərasimi keçirilmişdir.
Açılış mərasimində rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov idmançıları salamlamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmançılara göstərdiyi diqqət və qayğıdan danışmışdır. O, bildirmişdir ki, yarışın keçirilməsində əsas məqsəd rayonda futbol idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək, gənclərin idmana olan marağını daha da artırmaq, onlar arasında dostluq əlaqələrinin möhkəmləndirməkdən ibarətdir.
Tədbirdə kənd ağsaqqalı Nadir Adıgözəlov, veteran idmançı Balayar İbayev və başqaları futbol birinciliyinin təşkilindən məmnunluğunu bildirmişlər.
12 komandanın iştrakı ilə keçirilən yarışlar may ayının 9-a kimi davam edəcək.


 
Yeni həyat”,
 
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад