Главная > İdman > Masallıda yeniyetmə cüdoçuların regionlararası “Federasiya kuboku” uğrunda komanda yarışları keçirilib
Masallıda yeniyetmə cüdoçuların regionlararası “Federasiya kuboku” uğrunda komanda yarışları keçirilib21-04-2018, 17:29. Разместил: yeni321 |
![]() Masallıda yeniyetmə cüdoçuların regionlararası “Federasiya kuboku” uğrunda komanda yarışları keçirilib Aprelin 21-də Masallıda cüdo üzrə regionlararası “Federasiya kuboku” uğrunda komanda yarışlarının növbəti mərhələsi keçirilib. Azərbaycan Cüdo Federasiyasının Masallı Təlim-Məşq Mərkəzində düzənlənən turnirdə 15 yaşadək cüdoçular güclərini sınayıb. Yarışda respublikamızın 5 bölgəsindən (Bakı-1, Naxçıvan-2, Cənub-1, Şimal-2, Qərb-1) 100-ə yaxın perspektivli cüdoçu mübarizə aparıb. Cüdo üzrə Dünya çempionatının təbliğinə həsr olunmuş “Federasiya kuboku” uğrunda yarışların ikinci mərhələsində Bakı-1, Qərb-1 və Cənub-1 (Masallı) komandaları müvafiq olaraq fəxri kürsünün ilk üçlüyündə qərarlaşıblar. Qalib komandalar növbəti mərhələyə vəsiqə əldə ediblər. Qeyd edək ki, yarışların digər mərhələləri İsmayıllı və Şirvanda keçirilib. ![]() ![]() ![]() Akif AĞAYEV. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |