Главная > İdman > Masallı taekvondoçuları Gürcüstanda beynəlxalq turnirdə 4 medal qazanıb

Masallı taekvondoçuları Gürcüstanda beynəlxalq turnirdə 4 medal qazanıb


2-06-2018, 18:27. Разместил: admin44

 
Masallı taekvondoçuları Gürcüstanda beynəlxalq turnirdə 4 medal qazanıb
 
Masallı taekvondo komandası bu gün – iyunun 2-də Gürcüstanda keçirilən “Rustavi Open” beynəlxalq turnirində qüvvəsini sınayıb.
Rustavi şəhərində keçirilən beynəlxalq turnirdə dörd idmançı ilə təmsil olunan komandamız uğurlu nəticəyə imza atıb. Yeniyetmə tatamiçilərimizin hər biri yarışı medalla başa vurub.
Komandanın məşqçisi Sadiq Ağayevin verdiyi məlumata görə Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin yetirmələri Rahid Vəliyev (33 kq) qızıl, Yusif Müzəffərov (37 kq) və Tural Əməşov (45 kq) gümüş, Sevda Əzizova (37 kq) isə bürünc medala sahib olub.

    A K İ F.
“Yeni həyat”,
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад