Главная > İdman / Manşet > Beynəlxalq turnirdə Masallı taekvondoçuları 4 medal qazanıblar

Beynəlxalq turnirdə Masallı taekvondoçuları 4 medal qazanıblar


19-11-2017, 16:11. Разместил: yeni321

 
Beynəlxalq turnirdə Masallı taekvondoçuları 4 medal qazanıblar

Qəbələ Olimpiya İdman Kompleksində “Qəbələ” idman klubunun təşkilatçılığı, Azərbaycan Taekvondo Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin dəstəyilə keçirilən “Qəbələ Open” beynəlxalq birinciliyi başa çatıb.
Üç gün davan edən (17-19 noyabr) turnirdə Türkiyə, Rusiya, İraq, Gürcüstan təmsilçiləri, həmçinin ölkəmizin regionlarında fəaliyyət göstərən idman cəmiyyətləri, taekvondo bölmələri və klublardan 500-dən artıq idmançı qüvvəsini sınayıb.
Yarışın təşkilində məqsəd ölkədə taekvondonun təbliği, bölgələrdə idmanın bu növünün inkişafına təkan vermək, idmançıların yarış təcrübəsinin və ustalığının artırılmasıdır. Turnirdə 2006-2009-cu il təvəllüdlü uşaqlar, 2003-2005-ci il təvəllüdlü yeniyetmələr, 2000-2002-ci il təvəllüdlü gənc idmançılar mübarizə aparıblar.
ATF hakimlərinin idarə etdiyi yarışlar “DAEDO” beynəlxalq taekvondo qaydaları üzrə keçirilib.
Bu mötəbər turnirdə Masallı Taekvondo Klubu 9 idmançı ilə təmsil olunub.
Komandanın məşqçisi Sadiq Ağayevin verdiyi məlumata görə taekvondoçularımızdan Yusif Müzəffərov (36kq, uşaqlar arasında), Rahid Vəliyev (33 kq, yeniyetmələr arasında) qızıl, Samir Məhərrəmli (63kq, gənclər arasında) gümüş, Sevda Əzizova (uşaqlar arasında) isə bürünc medala sahiblənərək diplom və medallarla mükafatlanıblar.

                                                                                                       Akif AĞAYEV.
                                                                                                  www. yeniheyet.az
                                                                                                   

шаблоны для dle 11.2
Вернуться назад