Главная > İdman > 23 iyun - Beynəlxalq Olimpiya Günü kimi qeyd olunur

23 iyun - Beynəlxalq Olimpiya Günü kimi qeyd olunur


23-06-2018, 11:54. Разместил: admin44

  23 iyun - Beynəlxalq Olimpiya Günü kimi qeyd olunur

1947-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Stokholmda keçirilən 41-ci sessiyasında Beynəlxalq Olimpiya Gününü qeyd etmək təklifi irəli sürülmüşdür.
İlk Beynəlxalq Olimpiya Günü 1948-ci il iyunun 23-də 9 ölkədə qeyd olunmuşdur. Bu günü daha təntənəli şəkildə və bütün milli Olimpiya komitələrinin iştirakı ilə qeyd etmək məqsədilə 1987-ci ildə Olimpiya Qaçış Günü keçirilmişdir.
Azərbaycanda Milli Olimpiya Komitəsi 1992-ci ildə yaradılmışdır. 1997-ci ildən komitəyə Prezident İlham Əliyev başçılıq edir. Azərbaycanda Beynəlxalq Olimpiya Qaçış Günü ilk dəfə 1996-cı ildə təşkil edilmişdir. Elə həmin ildə Azərbaycan müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılmışdır.шаблоны для dle 11.2
Вернуться назад