Главная > İdman > Masallı taekvondoçularının növbəti uğuru

Masallı taekvondoçularının növbəti uğuru


2-07-2018, 23:14. Разместил: admin44

 
Tovuzda keçirilən turnirdə Masallı taekvondoçuları 2 qızıl, 4 bürünc medal qazanıb

Tovuz Olimpiya İdman Kompleksində şəhid Zaur Axundovun xatirəsinə həsr edilən ənənəvi taekvondo turnirinə yekun vurulub.
İki gün (30 iyun-1 iyul) davam edən yarışda azərbaycanlı uşaq və yeniyetmə taekvandoçularla yanaşı, Gürcüstan respublikasının təmsilçiləri də mübarizə aparıblar.
 
28 komandanın 400-dən artıq idmançısının iştirak etdiyi turnirdə Masallı taekvandoçuları uğurlu nəticələr əldə ediblər. Masallı Rayon Gənclər və İdman İdarəsi UGİM-nin məşqçisi Sadiq Ağayevin yetirmələrindən Rahid Vəliyev (33 kq), Yunus Nəbizadə (30 kq) birinci, Əli Həsənov ( 33 kq), Sevda Əzizova (37 kq), Gülab Məmmədova (37 kq), Kazım Kazımov (27 kq) üçüncü yeri tutublar.

A K İ F.
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад