Главная > İdman > Masallı karateçiləri beynəlxalq turnirin kubokuna sahibləniblər

Masallı karateçiləri beynəlxalq turnirin kubokuna sahibləniblər


3-07-2018, 22:09. Разместил: admin44
 
Masallı karateçiləri beynəlxalq turnirin kubokuna sahibləniblər 

Bakı şəhərində keçirilən Enşen karate üzrə Beynəlxalq turnirə yekun vurulub.
Yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının və “Enşen Karate Klubu” İctimai Birliyinin dəstəyi ilə keçirilib.
Uşaq, yeniyetmə, gənclər və böyüklər arasında keçirilən turnirdə Masallı komandası məşqçi-müəllim Sabir Lətifovun rəhbərlik etdiyi 21 nəfərlik heyətlə təmsil olunub.
İki gün (30 iyun-1 iyul) davam edən turnirdə 7 ölkənin komandalarından (Azərbaycan, Belarusiya, İran, Gürcüstan, Dubay, Küveyt və Türkiyə) 250 idmançı iştirak edib. Masallı karateçiliəri komanda hesabında birinci yerə layiq görülərək turnirin kubokuna sahibləniblər.
Şəxsi hesabda Masallı idmançılarından Məhərrəmov Rahir (40 kq), Bəbirov Kamil (40 kq), Zeynallı İbrahim (34 kq), Kazımov Nahid (29 kq), Şükürov Elşad (30 kq), Nuriyev Mirsaleh (28 kq), Həsənov Xəyal (28 kq), Məmmədzadə Əlihüseyn (45 kq) birinci, Rüstəmov Ramin (43 kq), Mənsimli İslam (34 kq) Manafov Əli (23 kq), Seyfullayev Həsən (28 kq), Abbasov Arif (20 kq), Quliyev İsmayıl (30 kq), Aqilzadə Xalid (70 kq) ikinci, Mirzəyev Cəfərxan (45 kq), Cəfərov Cavad (32 kq), Bağırov Ravi ( 29 kq), Əzizli Məhəmməd (29 kq), Zeynallı İsmayıl (27 kq), Davidzadə Məhəmməd (29 kq) üçüncü yerə çıxıblar. Qaliblər təşkilat komitəsi tərəfindən müvafiq diplom və medallarla, eləcə də kubokla təltif olunublar.
 
A K İ F.
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад