• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Kənd təsərrüfatı naziri Masallıda vətəndaşları qəbul edib

    Kənd təsərrüfatı naziri Masallıda vətəndaşları qəbul edib

     
     
    Kənd təsərrüfatı naziri Masallıda vətəndaşları qəbul edib 
     
    Qəbulda 65 nəfərin müraciətinə baxılıb.
    Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.
    Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq kənd təsərrüfatı naziri İnam Kərimov oktyabrın 19-də Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik, Yardımlı və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
    Qəbuldan öncə nazir İnam Kərimov və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
    Daha sonra nazir İnam Kərimov Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub.
    Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 65 nəfərin müraciətinə baxıb. Qəbula gələn vətəndaşların müraciəti əsasən fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə və digər məsələlərlə bağlı olub. Nazir İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
    Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
    Nazir vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
    Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar Xidmət” Qrupu ətraf rayonlardan dəvət olunan mexanizatorlar üçün lazımi xidmət göstərib. Etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün 29 nəfər mexanizatorun sürücülük vəsiqələri yenisi ilə əvəz edilib, 1 mexanizatora yeni sürücülük vəsiqəsi verilib, 21 nəfər isə texnikasını texniki baxışdan keçirib.
    Nazir İnam Kərimov “Səyyar Xidmət” Qrupunun işi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.

     
    “Yeni həyat”,
    www.yeniheyet.az шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:39 Masallıda ağacəkmə kampaniyası
    2. 18:12 Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
    3. 18:12 Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
    4. 17:06 Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illiyi qeyd olunub
    5. 16:51 "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" – Masallıda tədbir
    6. 14:26 Bakının Səbail, Xətai, habelə Gəncə, Qazax, Ağstafa şəhər və rayonlarının məktəbliləri Masallıda
    7. 22:26 Gədəbəy, Daşkəsən, Şəmkir və Samux məktəbliləri Masallıda
    8. 18:32 İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Prezidentin Sərəncamı
    9. 16:24 Prezidentin Sərəncamı ilə Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib
    10. 16:18 Prezidentin Sərəncamı ilə Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib
    11. 15:35 Prezident İlham Əliyev Beynəlxalq Paralimpiya Komitəsinin prezidentini qəbul edib
    12. 15:29 Prezident İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub
    13. 15:16 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Masallıda vətəndaşları qəbul edib
    14. 22:13 Masallı məktəblilərinin Nizami yurdu ilə tanışlığı Heydər Əliyev Park Kompleksindən başlayıb
    15. 22:02 Masallıda Nadir Ağayevin xatirəsinə həsr olunmuş respublika turniri keçiriləcək
    16. 17:23 Masallı RİH başçısının Həsənli ərazisində görüş-qəbulu
    17. 16:15 Prezident İlham Əliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib
    18. 14:31 Masallı məktəbliləri ölkəmizin Qərb bölgəsinə yola düşüblər
    19. 21:40 Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri Peter Pelleqrini ilə təkbətək görüşü olub
    20. 17:02 Masallıda “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları ilə görüş keçirilib
    21. 21:36 Masallı taekvondoçuları Dağıstanda 2 qızıl, 1 bürünc medal qazanıblar
    22. 20:23 Prezident İlham Əliyev Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib
    23. 20:09 Prezident İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    24. 21:53 “Skalper” Xəstələrə Yardım” İctimai Birliyi Masallıda tədbir keçirib
    25. 16:58 Prezident İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    26. 16:03 Masallıda Dövlət Bayrağı Günü və Konstitusiya Günü qeyd olundu
    27. 15:10 Masallı RİH başçısının Qarğalıq ərazisində səyyar görüş-qəbulu
    28. 22:54 Biləsuvar Regional Mədəniyyət İdarəsinin incəsənət nümayəndələri Masallıda
    29. 22:16 Birinci vitse-prezident Mehriban Əliyeva Şüvəlan qəsəbəsində “Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzinin yenidənqurmadan sonra açılışında iştirak edib
    30. 15:48 Masallı Dövlət Regional Kollecində Bayraq Günü qeyd edilib
    31. 14:25 Prezident İlham Əliyev “Bravo” supermarketlər şəbəkəsinin yeni hipermarketinin açılışında iştirak edib
    32. 14:11 Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    33. 17:27 Masallının incəsənət ustaları Astarada
    34. 18:05 Prezident İlham Əliyev Ağdam rayonuna səfərə gəlib
    35. 18:01 Prezident İlham Əliyev Fələstinin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    36. 17:58 Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    37. 15:55 Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
    38. 14:06 Masallılı idmançı İtaliyada tarix yazdı
    39. 20:22 Masallının ləzzətli “Cənub” çörəyi Çaxırlı kəndindədir
    40. 19:35 “Halay” Türkiyədən qastrol səfərindən qayıdıb
    MİLLİ PARKIN MÜBARƏK, QIZILAĞAC!
    MİLLİ PARKIN MÜBARƏK, QIZILAĞAC!
       MİLLİ PARKIN MÜBARƏK, QIZILAĞAC! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli Ətraflı oxu
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək Lənkəran şəhərində “Ekoloji Tarazlıq” Ətraflı oxu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə Ətraflı oxu
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
     Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcəkAzərbaycan Turizm və Menecment Ətraflı oxu
    Bütün xəbərlər
    «    Noyabr 2018    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    DÜNYA XƏBƏRLƏRİ