• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 7,1 milyon manatlıq layihə, 9 müəssisə

    7,1 milyon manatlıq layihə, 9 müəssisə

     
    7,1 milyon manatlıq layihə, 9 müəssisə

    Tezliklə fəaliyyətə başlayacaq Masallı Sənaye Məhəlləsi Prezident İlham Əliyevin modern sənayeləşmə siyasətinin növbəti mühüm töhfəsidir

    Bakı-Astara magistral yolu, Masallı rayonunun Dadva yaşayış massivi. On ay öncə bu magistral yoldan təxminən 150 metr aralıda ayrılmış 10 hektar torpaq sahəsində böyük tikinti-quruculuq işləri gedirdi. Bu gün isə ərazidə tam fərqli mənzərə var. Əgər 2017-ci ilin iyul ayınadək bura sadəcə boş torpaq sahəsindən ibarət ərazi idisə, indi burada böyük bir möhtəşəm kompleks inşa edilib. Bu, respublikanın cənub bölgəsinin sosial-iqtisadi inkişafına mühüm töhfəsini verəcək Masallı Sənaye Məhəlləsidir.
    Səkkiz ayda dəyişən mənzərə
    Görünən mənzərə onu deməyə əsas verir ki, tezliklə ölkəmizdə daha bir sənaye məhəlləsi fəaliyyətə başlayacaq. Prezident İlham Əliyevin 2016-cı il 13 iyul tarixli sərəncamı ilə yaradılan Masallı Sənaye Məhəlləsi artıq tam hazırdır. Ötən ilin iyul ayında tikintisinə başlanılan məhəllədə bütün işlər yekunlaşıb və hazırda rezidentlərin müraciətlərinə baxılır. Tezliklə sənaye məhəlləsinin açılış mərasimi olacaq.
    Açılış mərasimindən öncə görülən işlərlə tanış olmaq üçün Masallı rayonuna üz tutduq. Əvvəlcə onu deyək ki, ötən ilin sentyabr ayında burada aparılan tikinti-quruculuq işlərinin gedişatı ilə maraqlanmışdıq. Həmin zaman tikintinin bu ilin mart ayında başa çatacağı bildirilmişdi. Səkkiz aydan sonra əraziyə növbəti səfərimiz zamanı gördüyümüz mənzərə tamamən fərqli idi.
    Cənub bölgəsində sənayenin inkişafına böyük təkan verilir
    Öncə onu vurğulayaq ki, 2014-cü ilin oktyabr ayından etibarən sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi dövlət başçısı tərəfindən İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə həvalə edilib. Adıçəkilən qurum Neftçala Sənaye Məhəlləsindən sonra respublikanın cənub bölgəsində sənayenin inkişafına böyük təkan verəcək ikinci bir məhəllənin tikintisini yekunlaşdırıb. Yəni bu istiqamətdə verilən tapşırıqlar yerinə yetirilib.
    Məhəllənin tikintisi üçün 10 hektar torpaq sahəsi ayrılsa da, hələlik birinci mərhələdə tikinti-quruculuq işləri 3,54 hektar ərazidə aparılıb. Yəni rezidentlərin sayı artarsa, burada yeni obyektlərin inşa edilməsi üçün kifayət qədər ərazi mövcuddur.
    Sənaye məhəlləsinin ərazisində 3 çoxfunksiyalı istehsalat korpusu (6200 m2), ikimərtəbəli inzibati bina (1255 m2 ), texniki bina və köməkçi sahələr (738 m2), zəruri infrastruktur (5 Mvt gücündə elektrik, 4003 saat qaz, 4303 saat su, nəqliyyat, internet və rabitə sistemi) quraşdırılıb.
    Bütün bu işlər ötən ilin iyul ayından bu ilin mart ayına kimi, yəni səkkiz ay müddətində tam başa çatdırılıb. Tikintiyə 200 nəfər işçi cəlb edilib.
    Poçt, bank və mühasibatlıq bir mərkəzdə
    Hər bir istehsalat sahəsi 6 boksdan ibarətdir. Sənaye məhəlləsində inşa edilmiş inzibati binada sahibkarlar üçün hüquq məsləhətxanası, istehsal edilən məhsulların nümayiş etdirilməsi üçün sərgi salonu, mühasibatlıq, poçt xidməti, bank, ilkin tibbi yardım məntəqəsi, yeməkxana və supermarket də mövcuddur.
    Yəni məhəllədə fəaliyyət göstərəcək sahibkarlara hər cür imkanlar yaradılacaq. İnvestorlar vaxt itkisi olmadan öz məhsullarının satışını həyata keçirmək üçün bu xidmətlərdən yararlanacaqlar. İstehsal olunan məhsullarla bağlı bütün sənədləşmə prosesi məhəllədə həll olunacaq.
    İlkin olaraq burada 9 müəssisə fəaliyyətə başlayacaq
    Artıq məhəllədə fəaliyyət göstərmək üçün İqtisadiyyat Nazirliyinə sahibkarlar tərəfindən ümumi dəyəri 33,5 milyon manatdan çox olan 33 layihə təqdim olunub. Masallı Sənaye Məhəlləsində həyata keçiriləcək layihələr əsasən 4 mebel istehsalı, digərləri avtomobil təmiri, alüminium və plastik qapı-pəncərə, metal məmulatlar, tikinti materialları, kabel istehsalı və dulusçuluq məmulatları, elektrik dirəklərinin təmiri, park və bulvarlar üçün skamyaların hazırlanması və müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edəcək.
    İlkin olaraq məhəllədə 9 müəssisə fəaliyyətə başlayacaq. Bu layihələrin dəyəri 7,1 milyon manat təşkil edir. İlkin mərhələdə fəaliyyətə başlayacaq müəssisələrdə 229 nəfər işçi çalışacaq.
    Məhəllənin iki rezidenti artıq fəaliyyətə başlayıb
    Artıq iki rezident məhəllədə fəaliyyətə başlayıb. Müəssisələrdən biri park və istirahət mərkəzləri üçün zibil qabları və skamyalar, elektrik dirəkləri istehsal edir. Hətta Bakı Dənizkənarı Milli Parkdan və Astara dənizkənarı parkdan sifarişlər də artıq qəbul edilib.
    Digər müəssisə isə stol-stul istehsal edəcək. Hazırda müəssisə icarəyə götürdüyü ərazidə avadanlıqlarını quraşdırır. Burada stol-stulun hazırlanma prosesi, parça kəsilmə, üzləmə və rəngləmə sexləri fəaliyyət göstərəcək.
    Masallı Sənaye Məhəlləsində yaradılan müasir infrastruktur və güzəşt-dəstək sxemləri tamamilə dünya praktikasına uyğundur və əminliklə söyləmək olar ki, buradakı şərait investorların ürəyincə olacaq. Eyni zamanda, bu kompleks Masallının iqtisadi inkişafının təmin edilməsinə, kiçik və orta sahibkarlığın daha geniş vüsət almasına, ən başlıcası, əhalinin işlə təmin edilməsinə kömək göstərəcək. Eləcə də sahibkarlığa, iş adamlarına xüsusi diqqətin verilməsinə, onların fəaliyyət dairəsinin genişləndirilməsinə də xidmət edəcək.
    Dövlət kiçik sahibkarlara əlverişli şərait yaradır
    Ölkədə sənaye məhəllələrinin yaradılması dövlət başçısının “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli fərmanı ilə müəyyən edilib. Sənaye məhəlləsinin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin istehsal, xidmət sahəsində məşğulluğunun artırılmasıdır.
    Ümumiyyətlə, sənaye məhəllələri üçün nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsi, hazır istehsalat sahələri idarəedici təşkilatın daimi istifadəsinə verilir və yalnız sənaye məhəlləsinin fəaliyyəti məqsədi ilə istifadə edilir. Sənaye məhəlləsinin ərazisində torpaqlar sənaye məhəlləsinin iştirakçılarına sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqavilənin müddətinə uyğun olaraq icarəyə verilir.
    Sahibkar öz müəssisəsi üçün infrastrukturun yaradılmasına pul xərcləmir. Sənaye məhəllələrinin ərazisində xarici və daxili infrastruktur (elektrik enerjisi və isitmə, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə obyektləri, inzibati obyektlər və s.) yaradılır. Sadəcə olaraq, sahibkar öz texniki avadanlığını icarəyə götürdüyü ərazidə quraşdırmaqla fəaliyyətə başlayır.
    Bir sözlə, bu məhəllələr dövlətin sənaye potensialının inkişaf zəncirində növbəti və möhkəm halqaya çevrilməklə ölkənin ixrac strukturunun qeyri-neft sektoru lehinə dəyişdirilməsinə ciddi şəkildə kömək edir.
    Proqram kimi təqdim edilən layihələr artıq reallaşır
    İnkişaf etməkdə olan Azərbaycan sənaye sektorunda 2014-cü ildən başlayaraq təşviq olunan innovativ yeniliklər bu sahədə həqiqətən, böyük uğurların əldə olunmasını şərtləndirib.
    Prezident İlham Əliyevin tapşırığı ilə şənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi, sənaye parklarının və məhəllələrinin yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Artıq demək olar ki, Azərbaycanda fəaliyyət göstərən sənaye park və məhəllələrində avtomobildən tutmuş yüzlərlə çeşiddə məhsul istehsal edilərək “Made in Azerbaijan” brendi ilə yerli və xarici bazarlara çıxarılır. Hazırda ölkəmizdə Neftçala Sənaye Məhəlləsi fəaliyyət göstərir. Masallı Sənaye Məhəlləsi də tezliklə fəaliyyətə başlayacaq. Hacıqabul və Sabirabad sənaye məhəllələrində isə tikinti-quruculuq işləri gedir.
    Prezident İlham Əliyev ötən ilin sentyabrın 24-də Neftçala Sənaye Məhəlləsinin açılışında vurğulamışdır ki, ölkəmizdə uğurlu sənayeləşmə siyasəti aparılır. Dövlət sənaye məhəllələrinin yaradılması ilə iş adamlarına dəstək göstərir və əvvəlki dövrdə proqram kimi təqdim edilən layihələr artıq reallaşır. Tezliklə bütün rayonlarda sənaye məhəllələri yaradılacaq.





     
    Rəşad BAXŞƏLİYEV,
    “Azərbaycan”шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 14:50 Masallıda çəltik əkininə başlanılıb
    2. 14:37 76 il sonra ata məzarının ziyarətində
    3. 20:55 Azərbaycan və Serbiya prezidentlərinin görüşü olub
    4. 20:42 Prezident İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    5. 21:58 10 komanda arasında Masallı taekvondoçuları birinci oldu
    6. 22:01 Masallılı muzey işçisinə fəxri ad verilib
    7. 17:30 Masallıda AXC-nin yaradılmasınn 100 illiyinə həsr olunmuş bilik yarışı keçirilib
    8. 17:24 Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışında iştirak edib
    9. 17:17 Prezident İlham Əliyev XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub
    10. 15:39 Masallıda cüdo üzrə rayon birinciliyi keçirilib
    11. 16:36 Masallıda yaz-tarla işlərinə uğurla başlanılıb
    12. 16:32 Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib
    13. 23:16 Masallıda “Sevdiyim” layihəsinin təqdimatı
    14. 17:23 Masallıda Rəsul Rzayevin 70 illik yubileyi münasibətilə tədbir keçirilib
    15. 16:05 7,1 milyon manatlıq layihə, 9 müəssisə
    16. 15:53 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi Murmanskda qeyd edilib
    17. 15:47 Ulu öndərlə bağlı virtual sərgi
    18. 15:39 Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib
    19. 21:11 Masallıda Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin seminar-müşavirəsi keçirilib
    20. 17:27 E.İ.Əfəndiyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    21. 21:03 Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyasında iştirak edib
    22. 22:32 Masallıda bayram konserti
    23. 17:02 Xalq və dövlət üçün yaşanmış ömür
    24. 16:24 Masallıda faşizm üzərində Qələbənin 73 illiyi qeyd edildi
    25. 17:21 Masallıda Böyük Vətən müharibəsi veteranları ilə görüş
    26. 20:25 Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib
    27. 20:11 Baş Prokurorluğun, Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətlərinin birgə məlumatı
    28. 16:04 Masallıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar tədbir keçirilib
    29. 12:33 Prezident İlham Əliyev Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağının açılışında iştirak edib
    30. 20:02 Masallıda kənd yolları asfaltlanır
    31. 09:56 Masallıda şahmat üzrə rayon birinciliyi keçirilib
    32. 08:38 İlham Əliyevin prezidentliyi dövrünün ilk 10 ilinə işıq salan fundamental nəşr
    33. 21:41 Masallı məktəblisi respublika üzrə “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatını qazanıb
    34. 18:16 “Ramiz Mehdiyev. Biblioqrafiya” kitabının təqdimatı olub
    35. 18:13 Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şirkətlərin vəzifəli şəxslərinin əməlləri ifşa edilib
    36. 18:07 Xalq Artisti Fuad Poladov dünyasını dəyişib
    37. 14:05 Masallıda voleybol üzrə rayon birinciliyi keçirilib
    38. 13:45 Masallıda mini-futbol turnirinə yekun vurulub
    39. 13:22 Bütün zamanların qəzeti - “Yeni həyat” - 86!
    40. 21:38 Masallıda mini-futbol turnirinə start verilib
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Masallı turizm mərkəzinə çevrilir
    Masallı turizm mərkəzinə çevrilir
     Masallı turizm mərkəzinə çevrilir İstisuda müalicəvi turizm şəhərciyinin salınması təkcə rayonu yox, bölgəni böyük mərkəzə Ətraflı oxu
    Azərbaycanın koloritli kəndlərinə getməyinə dəyər - Qızılağac və Masallının digər kəndləri
    Azərbaycanın koloritli kəndlərinə getməyinə dəyər - Qızılağac və Masallının digər kəndləri
    Azərbaycanın koloritli kəndlərinə getməyinə dəyər   Qızılağac və Masallının digər kəndləri   Azərbaycana gələn turistlər maraqlı Ətraflı oxu
    Bütün xəbərlər
    «    May 2018    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ