• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyev XXV Beynəlxalq Neft və Qaz sərgisi ilə tanış olub

    Prezident İlham Əliyev XXV Beynəlxalq Neft və Qaz sərgisi ilə tanış olub

     

    Prezident İlham Əliyev XXV Beynəlxalq Neft və Qaz sərgisi ilə tanış olub

     
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində XXV yubiley Beynəlxalq “Xəzər Neft və Qaz-2018” sərgisi ilə tanış olublar.
    Dövlətimizin başçısına və xanımına sərgi barədə məlumat verildi.
    Bildirildi ki, bu il “Xəzər Neft və Qaz” sərgisinin yubileyi sərginin keçirildiyi ilk gündən bu tədbiri dəstəkləyən və onun təşəbbüskarı olan ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə təsadüf edir. Birinci sərgi 1994-cü ildə, elə həmin ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsinin əsas istiqamətlərini müəyyən edən və ölkəmizin neft tarixində yeni səhifə açan “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində keçirilib. O vaxtdan etibarən “Xəzər Neft və Qaz” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü, əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı platformaya çevrilib. Ötən dövrdə sərgilərdə dünyanın 70-dən çox ölkəsini təmsil edən təxminən 7500 şirkət iştirak edib. Hər il sərginin açılış mərasimində Prezident İlham Əliyevin iştirak etməsi bu beynəlxalq tədbirin yüksək statusunu bir daha təsdiq edir.
    Builki sərgidə 38 ölkədən 312 neft-qaz şirkəti iştirak edir. Belarus, İtaliya və Rusiya tədbirdə milli qruplarla təmsil olunur.
    Fransanı builki sərgidə dünyada böyük nüfuza malik “Total” şirkəti ilə təmsil edir. “Total” Azərbaycanda kəşfiyyat və hasilat işlərinə 1996-cı ildə başlayıb. 2009-cu ilin fevralında şirkət SOCAR ilə Xəzər dənizinin dərin sulu sahəsində yerləşən “Abşeron” bloku üzrə hasilat və pay bölgüsü sazişi imzalayıb. 2011-ci ildə şirkət tərəfindən qazma işləri aparılıb və kifayət qədər karbohidrogen ehtiyatları aşkarlanıb. Bu kəşf “Total”ın Azərbaycandakı fəaliyyətinin yeni mərhələsinin başlanmasına imkan verib.
    Norveçin “Statoil” şirkəti yeni strategiyaya uyğun olaraq fəaliyyətini artıq “Equinor” adı ilə davam etdirir. Bu şirkət 1992-ci ildə Azərbaycan bazarına daxil olub. Həmin vaxtdan ölkəmiz bu şirkətin beynəlxalq inkişafında mühüm rol oynayıb. Belə ki, şirkətin Xəzərdə nəhəng layihələrdə aparılan planlaşdırma, işlənmə və əməliyyat proseslərində rolu hər iki tərəf üçün mənfəətli olub. Azərbaycan üçün yeni neft-qaz hasilatı dövrü başlayıb, şirkət isə geniş beynəlxalq enerji arenasında etibarlı tərəfdaş kimi tanınıb.
     
    “SOCAR Polymer” investisiya layihəsi son 40 il ərzində öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk layihədir. Şirkətin polipropilen və yüksək sıxlıqlı polietilen qurğuları Sumqayıt Kimya Sənaye Parkının ərazisində tikilir. Bu il istismara verildikdən sonra zavodlar hər il 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək.
    Özbəkistanın “Uzbeknefteqaz” korporasiyası mütəmadi olaraq sərgidə iştirak edir. Bu qurum 200-dən çox şirkəti, o cümlədən 20 birgə müəssisəni, 6 səhmdar cəmiyyəti və bir sıra digər təşkilatları birləşdirən müasir, çoxpilləli korporasiyadır. Holdinqin hazırkı strukturu istehsal və texnologiyanın bütün mərhələlərini əhatə edən qarşılıqlı əlaqəli və yaxşı işlənmiş layihələri səmərəli idarə etməyə imkan verir.
    Sərgidə iştirak edən yerli “Baku Steel Company” MMC Qafqazın ən böyük metallurgiya zavodudur. Hazırda zavodun istehsal gücü 180 min ton olmaqla 114-245 diametrli tikişsiz, qoruyucu və ümumi təyinatlı borular istehsal edir. Şirkət Rusiya, İran, Türkiyə, Qazaxıstan, Gürcüstan, Ukrayna, Türkmənistan və digər ölkələrə öz məhsullarını ixrac edir.
    SOCAR-ın stendi ilə tanışlıq zamanı dövlətimizin başçısına şirkətin layihələri barədə məlumat verildi. Bildirildi ki, SOCAR bir sıra uğurlu sosial və ekoloji proqramlar həyata keçirir. Mayın 29-da rəsmi açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizi layihəsində fəal tərəfdaşlardan olan SOCAR müasir dövrdə ölkəmizin neft strategiyasının uğurla reallaşmasına töhfə verir.
    SOCAR-ın stendində Azərbaycanın neft emalı və neft kimyası müəssisələri, neft və qaz ixracı marşrutları, həmçinin sərmayələr barədə geniş məlumatlar yer alıb. Bu layihələrin başa çatması Azərbaycan iqtisadiyyatının daha da şaxələndirilməsinə mühüm töhfə olacaq, həmçinin ölkəyə əlavə valyuta həcmlərinin axınını təmin etməklə yeni iş yerlərinin yaradılmasına, respublikamızda və region ölkələrində sürətli iqtisadi inkişafa təkan verəcək.
    Onu da deyək ki, SOCAR son 15 ildə ümumilikdə 126,8 milyon ton neft, 92 milyard kubmetr qaz hasil edib, 2 milyon metrdən çox qazma işi həyata keçirib. Bundan əlavə, SOCAR-ın təlim və təhsil proqramları yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayıb.
    Növbəti dəfə sərgidə iştirak edən “Türkiyə Petrolları” “Əsrin müqaviləsi”nə start veriləndən Azərbaycanda geniş fəaliyyət göstərir. Bu qurum Azərbaycanda bundan sonra da reallaşdırılacaq layihələrdə yaxından iştirak etməyə və sərmayə yatırmağa hazırdır. Ümumilikdə, Türkiyə Azərbaycanın enerji sektorunda həyata keçirilən layihələrdə ölkəmizlə hərtərəfli və uğurlu əməkdaşlıq edir.
    BP şirkəti də uzun illərdir ki, Azərbaycanda neft-qaz sənayesində uğurla fəaliyyət göstərir. Ötən dövrdə Azərbaycan Hökuməti ilə tərəfdaşlıq çərçivəsində BP-nin əməliyyatçısı olduğu dünya səviyyəli layihələr – “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan” və “Cənub Qaz Dəhlizi” layihələri uğurla icra olunub. Ötən dövrdə “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə 33 milyard dollardan çox sərmayə qoyulub. 3,3 milyard barel neft və təqribən 32 milyard kubmetrdən çox səmt qazı hasil edilib.
    Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağı isə BP-nin bu vaxtadək aşkar etdiyi ən böyük qaz yatağıdır. “Şahdəniz bravo” platforması ilə canlı bağlantı zamanı işəsalma üzrə rəis Elxan Dalqılıcov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, “Şahdəniz 2” layihəsinin uğurla həyata keçirilməsində bu platforma önəmli rol oynayır.
    Prezident İlham Əliyev BP-nin əməkdaşlarına uğurlar arzuladı.
    İranın Təhsil, Tədqiqat və Mədəniyyət üzrə Akademik Mərkəzi də sərgidə iştirak edir. Bu mərkəz İranda yerli neft sənayesi üçün tələb olunan texnologiyaların hazırlanması sahəsində fəaliyyətə başlayan ilk təşkilatdır. Mərkəz mexaniki avadanlıqlar, qazma qurğuları, kiçik diametrli elastik nasos-kompressor boruları və digər məhsullar üzrə məsləhət verir.
    Sərgidə təmsil olunan Bakı Rusiya İxrac Mərkəzinin stendi ziyarətçilər tərəfindən maraqla qarşılanır. Burada Rusiya müəssisələri haqqında ətraflı məlumatlar almaq mümkündür.
    Rusiyada aparıcı müəssisə olan “REP Holding” mexaniki intiqallı qabaqcıl maşınların layihələndiricisi, istehsalçısı və dəstləşdiricisidir.
    “Global Energy Azerbaijan” şirkəti də ölkəmizdə uğurla fəaliyyət göstərir. Onun tərəfindən istismar edilən 10 neft yatağı Abşeron yarımadasında, digər neft yataqları isə Azərbaycanın Aran iqtisadi rayonunda yerləşir.
    “Schulumberger” şirkəti dünyada neft-qaz sənayesi üçün kollektorların xarakteristikası, eləcə də qazma, hasilat və emal üzrə texnologiyaların aparıcı təchizatçısıdır. Şirkət hasilatdan tutmuş sənayedə mövcud olan məhsul və xidmətlərin ən geniş çeşidini təchiz edir.
    Məlumat verildi ki, “Hallibörton” şirkəti enerji sektorunda fəaliyyət göstərən ən böyük məhsul və xidmət təchizatçılarından biridir. Şirkət karbohidrogenlərin axtarılması və geoloji məlumatların idarə edilməsi ilə yanaşı, qazma işləri və layihələrin qiymətləndirilməsi, quyuların tikilməsi və digər xidmətlərin göstərildiyi müddətdə istehsalın optimallaşdırılmasına maksimum dərəcədə töhfə verməklə dünyanın neft və qaz sektorunda önəmli rol oynayır.
     
    BOTAŞ-EQUİNER “Belneftekhim” şirkəti xam neft hasilatı, neftayırma və daşıma, neft məhsullarının satışı ilə məşğul olan müəssisə və təşkilatlardan, kimya və neft-kimya, bir sıra elmi-tədqiqat və təkmilləşdirmə, tikinti, texniki baxış təşkilatlarından, eləcə də xarici bazarlarda geniş nümayəndəlik şəbəkəsindən ibarətdir. Şirkət 500-dən çox adda xam neft və kimyəvi məhsul istehsal edir. Şirkətin tərkibinə xam neftin kəşfiyyatı, hasilatı və daşınması, həmçinin neftayırma və neft məhsullarının satışı ilə məşğul olan müəssisələr daxildir.
    Diqqətə çatdırıldı ki, “Saipem” şirkəti neft-qaz bazarında quruda və dənizdə qazma xidmətləri, həmçinin mühəndislik, təchizat, boru kəmərlərinin inşası və quraşdırılması, mürəkkəb layihələrin icrası üzrə dünya liderlərindəndir. Şirkət çətin şəraitdə uzaq sahələrdə və dərin sularda əməliyyat aparmaq uçun xüsusi imkanlara malikdir.
    Sərgi təşkilatçıları Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə xatirə şəkli çəkdirdilər.
    Sonra dövlətimizin başçısı və xanımı sərgi və konfransın xatirə kitabını imzaladılar.
    Azərbaycanın ilk beynəlxalq ixtisaslaşmış “Xəzər Neft və Qaz” sərgi və konfransının 25 illik yubileyi münasibəti ilə nadir poçt markaları buraxılıb. Marka növlərindən birində “Xəzər Neft və Qaz” sərgisinin yubiley loqotipi və rəmzi neft platforması təsvir edilib. Digər markada isə Xəzərin sahilində Bakını təsvir edən rəsm əsərinin reproduksiyası verilib. Bundan əlavə, birinci sərgiyə həsr olunmuş poçt zərfi və xüsusi poçt ştempeli hazırlanıb.
    Prezident İlham Əliyev poçt markalarına möhür vurdu.
    Sərgi təşkilatçıları adından dövlətimizin başçısına və birinci xanıma xatirə hədiyyələri təqdim olundu.
    Sonra Prezident İlham Əliyev “Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibətilə Azərbaycanın nailiyyətlərinin təbliğində və xarici ölkələrlə əməkdaşlığının möhkəmləndirilməsində xidmətlərinə görə “ITE Group Plc” şirkətinin baş məsləhətçisi Endryu Vuda və “ITE Group Plc” şirkətinin regional direktoru Strahan Edvard Corc Dankana “Dostluq” ordenini təqdim etdi.
    Dövlətimizin başçısı “Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibəti ilə və ölkəmizdə sərgilərin təşkilindəki xidmətlərinə görə “İTECA Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədova “Tərəqqi” medalını təqdim etdi.
    Sonda xatirə şəkilləri çəkdirildi.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:45 Masallının Məmmədoba və Miyənkü kəndlərində tibb və həkim məntəqələrinin açılışı olub
    2. 23:55 Masallıda Milli Qurtuluş Günü qeyd edilib
    3. 18:55 Masallı şəhər “Dəfinə” məktəb-liseyində “Son zəng”
    4. 18:48 Bayram günləri “ASAN xidmət” işləyəməyəcək
    5. 18:45 Prezident İlham Əliyev Moskvada futbol üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edib
    6. 18:30 Milli Qurtuluş Günü - xalqımızın şərəf tarixi
    7. 21:33 Masallı rayonunda “Son zəng” tədbirləri keçirilib
    8. 17:28 Prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki
    9. 17:22 Moskvada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub
    10. 17:12 Masallı şəhər Uşaq-İncəsənət Məktəbində hesabat konserti
    11. 21:16 Masallıda istehlakçı hüquqları ilə bağlı təlim keçirilib
    12. 20:12 Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında Prezidentin Sərəncamı
    13. 19:53 Prezident İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimində iştirak edib
    14. 19:45 Prezident İlham Əliyev Əskişəhərdə Ukrayna Prezidenti Petro Poroşenko və BP şirkətinin baş icraçı direktoru ilə görüşüb
    15. 17:23 Bu gün Xalq yazıçısı İsa Muğannanın doğum günüdür
    16. 15:27 Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib
    17. 17:44 Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib
    18. 11:29 Prezident İlham Əliyev Bolqarıstanın, Perunun və Rusiyanın Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib
    19. 21:52 Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti keçirilib
    20. 21:25 Sağlamlığınız üçün Azərbaycana gəlin!
    21. 21:14 Masallıda Milli Qurtuluş günü münasibətilə tədbir keçirilib
    22. 16:16 Masallıda “Azərbaycan miniatür sənəti” mövzusunda mühazirə maraqla qarşılanıb
    23. 15:01 "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" Masallıda Forum keçirib
    24. 13:56 Eksponatlarda yaşayan tarix
    25. 22:51 Masallıda “Milli mənəvi dəyərlərimiz, adət və ənənələrimiz xalqımızın sərvətidir” mövzusunda konfrans keçirilib
    26. 17:16 Masallı RİH başçısının Sərçuvar və Bədəlan ərazilərində səyyar görüş-qəbulu
    27. 23:22 Masallı məktəblisi ölkə üzrə 5 “Ədəbiyyat biliciləri” sırasında
    28. 14:30 ABŞ-ın Azərbaycandakı səfirliyi Masallıda qadın sahibkarlar üçün iftar süfrəsi açıb
    29. 18:10 5 iyun - Dünya Ətraf Mühitin Mühafizəsi Günüdür
    30. 18:07 Gözdən yaş çıxarmı ürək yanmasa...
    31. 18:03 Azərbaycan beynəlxalq festivalda təmsil olunub
    32. 18:01 Bu gün Bakıda dünya çempionatı start götürür
    33. 17:15 Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi üçün inşa edilmiş hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub
    34. 17:09 Prezident İlham Əliyev Naftalana səfər edib
    35. 17:05 Prezident İlham Əliyev Goranboy rayonuna səfər edib
    36. 21:24 Heydər Əliyev Mərkəzində "Moda məkanı" sərgisi açılıb
    37. 16:34 Murmanskda Azərbaycanın Milli Qurtuluş Gününə həsr edilmiş tədbirlər keçiriləcək
    38. 16:06 Azərbaycanda 15 yaşayış məntəqəsinin adı dəyişdirilir
    39. 15:49 Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib
    40. 15:47 İyunun 14-də “Son zəng” çalınacaq
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
      Sağlamlığınız üçün Azərbaycana gəlin! Azərbaycan təbiətin səxavətlə bəxş etdiyi sərvətlərə malik və bir çox insanın Ətraflı oxu
    Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıb
    Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıb
      Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıbBir qrup alpinist Azərbaycan Xalq Cümhuriyyətinin Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Bütün xəbərlər
    «    İyun 2018    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    DÜNYA XƏBƏRLƏRİ