Главная > İqtisadiyyat > Masallının təsərrüfat xəbərləri

Masallının təsərrüfat xəbərləri


27-09-2018, 14:30. Разместил: admin44

Masallının təsərrüfat xəbərləri


 
Tüklə kəndində Təbib Mehdiyev torpağa könül verən fermerlərdəndir. Bu il 25 hektarda çəltik yetişdirən Təbib əkdiyindən yaxşı nəticələr qazanmaq üçün böyük zəhmətə qatlaşıb. Çəltiyin canı sudur, deyirlər. O da bəndlərin suyunu bicarlığa mütəmadi səmtləşdirmiş, məqsədinə nail olmuşdur.
Tüklə bələdiyyəsinin sədri Eyvaz İmaməliyevdən aldığımız məlumata görə əmək adamı bir neçə gündür ki, çəltik biçininə başlamışdır. Aqrolizinqdən gətirdiyi kombaynla 20 hektar sahədə biçini başa çatdırıb. Hər hektardan 5 ton məhsul götürüb. Biçin davam edir.
                            ***

 
Xırmandalı kəndində torpağa münasibət ilbəil yaxşılaşır. Odur ki, taxıl, tərəvəz, bostan, tütün, kartof əkini sahələri getdikcə genişlənir. Bu il ərazidə xeyli bostan məhsulları, taxıl, tərəvəz, tütün istehsal edilib. Fermerlər növbəti ildə də uğurları artırmaq üçün əzmkarlıq göstərirlər.
Mövsümün əvvəlindən bəri 4,5 hektar sahədən 7 ton məhsul dərilib. Qurudulmuş məhsul Zaqataladakı fermentləşdirmə zavoduna göndərilib.
Hazırda torpaqların şumlanması davam edir. Ərazidəki 8 traktorla 100 hektara yaxın sahədə bu tədbir başa çatmışdır. Mexanizatorlardan Rzalı, Eynulla, Rövşən Abdullayevlər, Təmraz Əsədov, Eldar Mehdiyev hər gün 10-15 hektar sahəni şumlayırlar. Növbəti ilin məhsulu üçün 1000 hektardan çox sahədə taxıl, sarımsaq, bostan, kartof və s. əkiləcəkdir.
                                                                          ***
 
                                                    
Səmixdan ərazi nümayəndəsi Həsən Allahverdiyevə müraciət edəndə ki, kənddə kim boranı əkir, cavab verdi, yaxşı olardı soruşaydınız kim əkmir?
Boranı kəndimizin adını xatırladan rəmzi bostan bitkisidir. Dədə-babadan onun əkini ilə məşğul olmuşuq: torpağımızın xüsusiyyətlərinə yaxşı uyğunlaşır, bol məhsul verir. Həyətlərdə torpaq üstündə qulac-qulac uzanan, əlvan çiçəklərlə bəzənən yaşıl tağlar hasarlara, çəpərlərə qalxanda elə bilirsən bu gözəlliyin dizaynı əvvəlcədən verilib.
Bu gözəlliyi boranının çoxsaylı faydaları, başlıcası isə müalicəvi əhəmiyyəti tamamlayır. Tibbdə tumundan tutmuş qabığınadək istifadə olunur. Soyuqdəymə və qripin müalicəsində qaynanmış boranının yerini heç nə verə bilməz.
Kənd ərazi nümayəndəsi məlumat verdi ki, həyətlərdə, kiçik təsərrüfatlarda digər bağ və bostan bitkiləri ilə yanaşı beş hektardaboranı yetişdirilib. Hazırda məhsul yığılıb bazarlarda satılır. Qış üçün tədarük görülür.
 
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад