Главная > İqtisadiyyat > ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndə heyəti Masallıda olub

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndə heyəti Masallıda olub


2-10-2018, 19:34. Разместил: admin44



 ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndə heyəti Masallıda olub
 
Oktyabrın 1-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndə heyəti Masallıda rəsmi səfərdə olub.
Masallı RİH başçısı cənab Rafil Hüseynov tərəfindən səmimi qarşılanan USAİD-ın nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.
Səmimi söhbət şəraitində keçən görüş zamanı USAİD-in nümayəndə heyətinə Azərbaycanın ən çox əhalisi sıx və böyük rayonlarından biri olan Masallı, onun tarixi, kənd təsərrüfatı və sənaye potensialı, həmçinin mədəniyyəti, turizm, yeni yaradılan Masallı Sənaye Məhəlləsi, Masallı Dövlət Regional Kolleci, eləcə də sakinlərinin məşğuliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 2018-cı ilin sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Masallı rayonuna səfəri çərçivəsində bir sıra açılışlar edib. Ölkə rəhbəri həmin səfəri zamanı Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında da iştirak edib.
Qeyd edək ki, son illərdə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin Sərəncam və göstərişlərinə əsasən Azərbaycanı digər ölkələrlə bağlayan əsas magistral yolların müasir səviyyəyə çatdırılması istiqamətində də mühüm layihələr həyata keçirilir. Yeni inşa edilən yollardan biri də məhz Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoludur. Magistral yol Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edir və yolun tikintisi bu bölgədə turizmin, kənd təsərrüfatının inkişafına və beynəlxalq yükdaşımaların həcminin artmasına müsbət təsir göstərəcək.
Sonra BMT-nin Rezident Nümayəndəsi və BMTİP-in Rezidenti Gulam İsakzai, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının yeni direktoru Caydev Sindh çıxış ediblər. Onlar səmimi qəbula və işin təşkilinə görə Masallı RİH başçısı cənab Rafil Hüseynova təşəkkürünü bidiriblər. Qeyd olunub ki, bizim Azərbaycan xalqı ilə möhkəm dostluğumuz var. Regionda inkişaf lokomotivi ola biləcək sabit və firavan Azərbaycan uğrunda dostluğumuzu və tərəfdaşlığımızı gücləndirməyi ümid edirik. Əsas prioritetlərdən biri iqtisadi və siyasi tərəfdaşlığımızı dərinləşdirmək üçün hər iki ölkədə özəl sektorla işləmək istəyimizdir.
Sonra əməkdaşlıq imkanları müzakirə edilib.
Masallıya səfər edən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndə heyəti Heydər Əliyev Mərkəzində və rayondakı Qadın Resurs Mərkəzində nümayəndə heyəti ilə görüş keçirib. BMTİP-in müşaviri Nadir Quluzadə Masallı USAİD-nin fəaliyyəti barədə geniş məlumat verib.
Gənc və yaşlı orta nəslin nümayəndələri yaxşı şərait yaratdıqlarına görə Azərbaycan hökumətinə, Masallı RİH başçısına və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndə heyətinə təşəkkür ediblər.
Hər iki tərəf işin buradakı fəaliyyətinin sual-cavablandırıblar.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin nümayəndə heyəti Masallının mərkəzində açılan "Qadın dünyası" ticarət - xidmət mərkəzinin açılışına iştirak ediblər. Masallı RİH başçısı cənab Rafil Hüseynov, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının yeni direktoru Caydev Sindh, BMT-nin Rezident Nümayəndəsi və BMTİP-in Rezidenti Gulam İsakzai və çıxış edərək qadınlardan ibarət olacaq işgüzar kollektivə uğurlar arzu ediblər.
Qadınların əməyi ilə yaxından tanış olublar.
Masallı və görməli yerləri ilə tanışlıq qonaqlarda xüsusilə xoş təəssürat yaradıb.
Masallı şəhərində Rəşadə Əsədova və Təzə Alvadı kəndində hal-hazırda "ABAD"ın xətti ilə fəaliyyət gostərən Göyçək Əsgərovanın işi ilə əyani tanış olublar.
 
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад