Главная > İqtisadiyyat > Sitrusçuluq: cana və cibə faydalı

Sitrusçuluq: cana və cibə faydalı


8-10-2018, 18:45. Разместил: admin44

Sitrusçuluq: cana və cibə faydalı

Son illər Masallı rayonunda sitrus bitkilərinin yetişdirilməsinə diqqət və maraq artır. Limon, mandarin, feyxoa, kivi bağları çoxalır. Ərkivanlı fermer Adil Abdullayevin də bu sahəyə marağı var. Qəsəbədə 1,5 hektar sahədə kivi bağı salan fermer ötən il 7- 8 ton məhsul götürməyə müvəffəq olub.
Yeni texnologiyalar əsasında salınmış bağın suvarılması, becərilməsi vaxtında həyata keçirildiyindən bu il də məhsul bol gəlib. Fermer deyir ki, hazırda kivi yığımına hazırlıq gedir. Məhsulu vaxtında satmaq üçün alıcı təşkilatlarla müqavilələr bağlanır, tara tədarük edilir.
                                                           
                                                            ***
Payızın bu çağında ayrı-ayrı həyətlərdə becərilən sitrus bitkilərinin yaşıllığı göz oxşayır. Limon ağaclarında çiçəklər, yaşıl meyvələr görünür. Oktyabrın axırına kimi onlar saralır. Ağaclar yaşılla sarının çalarında rənglənir. Qodman kəndində də da sitrus bitkilərinə maraq var. Bələdiyyə binasının həyətindəki limon ağaclarından hər il 2500-ə yaxın meyvə dərilir. Elə həyət var ki, məhsulu daha boldur. Limonun qiymətinin bazarda 20-30 qəpiyə olduğunu nəzərə alsaq bir ağacın illik məhsulunun dəyəri sərfəli qiymətə hesablanır.
Orqanizmə və ailə büdcəsinə xeyrini nəzərə alanda belə faydalı məhsul harda var ki?

“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад