Главная > İqtisadiyyat > Yer şumlanıb, taxıl səpilir

Yer şumlanıb, taxıl səpilir


8-10-2018, 19:03. Разместил: admin44

Yer şumlanıb, taxıl səpilir
 
Masallı rayonunun Mahmudavar kənd fermerləri növbəti ilin məhsulu üçün 80 hektardan sox sahəni şumlayıblar. Kənd bələdiyyəsinin sədri Əfqan Babayev, fermerlərdən Sərraf Həmidov və Ağaxan Eyvazov 40 hektara yaxın sahəyə taxıl toxumu səpmişlər. Əkin davam edir.
              ***
Viləş (Kalinovka) ərazisindəki sahələrdə bu günlər traktorların səsi eşidilir. Sahələr şumlanıb, taxıl səpilir, Gələn ilin bol məhsulu üçün bünövrə qoyulmasında mexanizatorlar Sərdar Paşayev, Mais Eyvazov, Ələddin Bünyadov səylərini əsirgəmirlər.
İndiyə kimi 150 hektarsahə şumlanmış, 40 hektara arpa, 20 hektara vələmir, yonca səpilmişdir.
                ***
Qodman ərazisində yay şumu davam edir. 100 hektar sahə şumlanıb, 60 hektarda səpin keçirilib.
                       ***
Öncəqala ərazisində də 300 hektar sahədə şum vurulmuş, 100 hektara buğda, 20 hektara arpa, 40 hektara vələmir səpilmişdir. Fermerlərdən Ağayar Bəşirov, şumun keyfiyyətli aparılmasında səpinin optimal vaxtda başa çatmasında fəallıq göstərmişdir.

“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад