Главная > İqtisadiyyat > Masallıda yol infrastrukturu yaxşılaşır

Masallıda yol infrastrukturu yaxşılaşır


10-10-2018, 18:41. Разместил: admin44
 

Masallıda yol infrastrukturu yaxşılaşır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Masallıya səfərindən sonra rayonda abadlıq-quruculuq  işlərinin sürəti daha da artmışdır. Masallının mərkəzindəki küçələrin asfaltlaşması üçün ayrılan 3 milyon manat vəsait şəhərdə görüləcək abadlıq işlərini müəyyənləşdirib.
Şəhərin əsas küçələri – Bakı prospekti, Qurtuluş, Zərifə Əliyeva,  Heydər Əliyev prospekti, Milli Qəhrəman Səfəralı Məmmədov, N.Nərimanov, Puşkin və digər küçələrin asfaltlaşmasına hazırlıq işləri görülür.
Rayonun kəndlərində də yol infrastrukturunun yaxşılaşması sahəsində işlər davam etdirilir. Bu il Şatıroba – Hişkədərə – Miyankü, Tüklə yolları asfaltlanıb. Hazırda Təzəkənd və Gəyəçöl kəndlərinin hər birinin 4 kilometrlik yolunun asfaltlanmasına başlanılıb.
 
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад