Главная > İqtisadiyyat > Masallıda bəndlər bərpa olunur, Muğan kəndlərinə su çəkilir

Masallıda bəndlər bərpa olunur, Muğan kəndlərinə su çəkilir


29-11-2018, 16:22. Разместил: yeni321

Masallıda bəndlər bərpa olunur, Muğan kəndlərinə su çəkilir
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Masallı rayonunda çayçılığın, çəltikçiliyin və sitrusçuluğun inkişafı üçün melioriativ tədbirlərin yaxşılaşdırılması ilə əlaqədar  hazırlanan layihələrin həyata keçirilməsinə başlanmışdır. Bu məqsədlə əvvəllər istifadə edilmiş su bəndlərinin bərpası üçün hazırlıq işlərinə start verilmişdir.
Mahmudavar kənd bələdiyyəsinin sədri Əfqan Babayevdən aldığımız məlumata görə ərazidə iki sututarın bərpasına başlanıb. Sovetlər dönəmində ərazidə yaradılmış Mingəçevir adlı bənd böyük su tutumuna malikdir. Melioratorlar bu günlərdə hazırlıq işlərini davam etdirirlər. Buraya texnika cəlb olunur, mütəxəssislərin çalışması üçün şərait yaradılır. Beş metr qaldırılacaq bəndin eni 10 metr olacaq.
Ərazidə “Cəfərin bəndi” kimi tanınan sututarda da bərpa işləri aparılacaq.

                           
 
 Bulaqların “su nəfəsi” açılacaq 

 
Muğan zonasında yerləşən yaşayış məntəqələrinin su təchizatını yaxşılaşdırmaq üçün Masallı rayonunda böyük bir layihə həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Viləşçayda toplanan təmiz və ekoloji cəhətdən saf dağ suyu borular vasitəsilə rayonun kəndlərinə çəkilir. Artıq 20 kilometr su borusu çəkilib, 5 kəndə su vermək üçün hazırlıq görülür.
Təklə ərazisinin Sığıncaq kəndində mərkəzi küçə boyu 42 bulaq qurulmuşdur. Yaxın vaxtlarda bulaqların,“su nəfəsi” açılacaqdır.
 
“Yeni həyat”,
www.yeniheyet.az 
                                     шаблоны для dle 11.2
Вернуться назад