Главная > İqtisadiyyat > Masallıda kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkası keçirilir

Masallıda kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkası keçirilir


31-12-2018, 11:21. Разместил: yeni321


Masallıda kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkası


Dekabrın 29-dan başlayaraq Masallıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkası keçirilir.
“Xan çinar” ticarət mərkəzində təşkil olunan yarmarka rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşıb.
Yarmarka bayram ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə təşkil edilib
Yarmarkada 30-dan çox yerli müəssisə və şirkətlərin, eləcə də “Masallı nemətləri” MMC-nin, “Nur-M” firmasının məhsulları təqdim edilib. Yarmarkaya mal, qoyun, quş əti, müxtəlif bayram çərəzləri və ərzaqları, mövsümə uyğun meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsulları çıxarılıb.
Səhər saatlarından başlayan yarmarkada alıcılara bazar qiymətlərindən 25-30 faiz aşağı məhsullar təklif olunub. Bu həm satıcıların, həm də alıcıların ürəyincə olub.
Alıcılar yaradılan şəraitdən və qiymətlərdən razılıqlarını bildiriblər.
Qeyd edək ki, yarmarka 29 -31 dekabr tarixlərində təşkil olunub.
  
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад