Главная > İqtisadiyyat > Masallıda “Region gəncləri arasında Biznes Plan çempionatı” layihəsinə start verilib

Masallıda “Region gəncləri arasında Biznes Plan çempionatı” layihəsinə start verilib


10-01-2019, 14:29. Разместил: yeni321
  
Masallıda “Region gəncləri arasında Biznes Plan çempionatı” layihəsinə start verilib

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 2018-ci ildə 11-ci qrant müsabiqəsi üzrə qalib olmuş “Region gəncləri arasında Biznes Plan çempionatı” layihəsinin icrasına start verilib.
Yanvarın 9-da Masallı şəhər Gənclər Mərkəzində layihənin açılış mərasimi və ilk təlimləri keçirilib.
20 fəal gəncin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə “Region gəncləri arasında Biznes Plan çempionatı” layihəsinin rəhbəri Rafət Şirəliyev açıb. O, layihənin məqsədi və gedişatı haqqında məlumat verib.
Layihənin eksperti Raci Səfərov iştirakçıları layihənin əhəmiyyəti və vacibliyi haqqında məlumatlandırıb, onlara uğurlar arzulayıb.
Təlimləri layihə rəhbəri, “Öz Biznesinə Başla” üzrə beynəlxalq təlimçi Rafət Şirəliyev idarə edir. İlk gündə gənclərə biznes, biznes ideyanın müəyyən olunması və qiymətləndirilməsi, biznesin növləri, biznes plan anlayışı, biznesin GZİT təhlili və s. təlimləri keçirilib, iştirakçılar komandalara bölünüb.
Qeyd edək ki, yanvar ayında layihə üzrə daha 2 təlim sessiyası keçiriləcək. Fevralda isə gənclərin komanda şəklində hazırlayacağı biznes planların təqdimatı üçün çempionat təşkil olunacaq.
Təqdim ediləcək biznes planlar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Qaliblər hədiyyə və diplomlarla təltif olunacaq.
 
 

“Yeni həyat”,
www.yeniheyet.az 
 шаблоны для dle 11.2
Вернуться назад