Главная > İqtisadiyyat > Masallı: Xırmandalının təsərrüfat xəbərləri

Masallı: Xırmandalının təsərrüfat xəbərləri


27-02-2019, 22:42. Разместил: yeni321
Xırmandalının təsərrüfat həyatı
  
 
Masallı rayonunun Xırmandalı kəndi zəhmətkeş insanları ilə tanınan kənddir. Adamlar dolanışığı üçün torpağa bağlanır, məqsədlərinə də nail olurlar. Əvvəllər taxılı, tərəvəzi ilə rifahını yaxşılaşdırmağa çalışan sakinlər bir neçə ildir ki, təsərrüfatın yeni sahələrini yaradıblar. Hər il ərazidə 300 hektar sahədə bostan məhsulları, bir o qədər də badımcan yetişdirilir. Xırmandalının bostan məhsulları bazarlarda satılan Kürdəmir, Sabirabad, Saatlıdan gətirilən yemiş-qarpızdan keyfiyyətinə görə heç də geri qalmır.
Hazırda bostan əkininə ciddi hazırlıq görülür. İstixanalarda yemiş, qarpız şitilləri yetişdirilir. Torpaq şumlanıb, peyin, polietilen örtük tədarük olunub.
Bəxtiyar Məmmədquliyev, İntiqam Bədəloğlu, Akif İsmayılov bu sahədə böyük təcrübə qazanmışlar.
                                                         ***
 
Ərazidə badımcan sahələri də ilbəil genişləndirilir. Fermerlərdən Elmira Salmanova, Raisa Yusubova, İldırım Hüseynov və başqaları hər il tarladan yüksək məhsul əldə edirlər. Torpaq adamları həmişə olduğu kimi bu ildə örtük altında 300 hektar sahədə badımcan əkəcəklər. Fermerlər istixanalardakı şitillərə qayğı göstərir, torpağı əkinə hazırlayırlar.
                                                         ***
 
Ötən il tütünçülər qəbul məntəqəsinə 10 tondan çox məhsul təhvil vermişlər. Bu gəlirli sahə bu ildə diqqətdədir. Bir hektar sahədə tütün əkilməsi üçün hazırlıq işləri davam etdirilir.
                                                         ***
  
Xırmandalılar təsərrüfatın ənənəvi sahəsi olan baramaçılığa da maraq göstərirlər. Bu məqsədlə baramaçılığın yem bazası yaradılır. Ötən payızda Xırmandalı, Ərəb və Hacıtəpə kənd məktəblərinin həyətlərində min ədəd tut tingi əkilmişdir. Ağaclara aqrotexniki qulluq göstərilir, mal-qaradan mühafizə olunur.
                                                         ***
 
Hacıtəpədə yolların təmirinə başlanılıb. Xeyriyyəçilərin vəsaiti ilə kənd məktəbinə gedən 700 metrlik yola çınqıl sərilmişdir. Bu tədbir davam etdirilir.
Kənddə küçələrin işıqlandırılması da sakinləri sevindirir. Xeyriyyəçilər məktəb yolunun işıqlandırılmasına da vəsait qoyurlar. Bundan sonra kəndin qaranlıq gecələri işığa qərq olacaq.




Həsənağa ƏLİYEV,
 “Yeni həyat”,
www.yeniheyet.az 
 шаблоны для dle 11.2
Вернуться назад