Главная > İqtisadiyyat / Texnologiya > “Azərişıq”ın Masallıda yenidənqurma işləri davam edir
“Azərişıq”ın Masallıda yenidənqurma işləri davam edir4-04-2019, 17:02. Разместил: yeni321 |
“Azərişıq”ın Masallıda yenidənqurma işləri davam edir Bu ilin birinci rübündə Masallı rayonunun ərazisində 35/10 kilovoltluq "Alvadı" yarımstansiyası tam yenidən qurularaq istismara verilib. "Azərişıq" ASC-dən bildirilib ki, eyni zamanda, Alvadı kəndində 35 kilovoltluq yüksəkgərginlikli, 10 kilovoltluq ortagərginlikli hava xətləri yenidən qurulub. Təzə Alvadı, Ləngan, Təklə, Xoşçobanlı, Mollahəsənli, Sığıncaq kəndlərinin 0,4 kilovoltluq hava xətləri özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) əvəzlənib, ərazilərə yeni komplekt transformator məntəqələri (KTM) quraşdırılıb. 35/10 kilovoltluq "Qarğalıq" yarımstansiyasından qidalanan 10 kilovoltluq Həsənli və Xırmandalı kənd hava xətləri yenidən qurulub, Boradigah qəsəbəsində 0,4 kilovoltluq hava xətti ÖİN kabellərlə əvəzlənib. AZƏRTAC. Вернуться назад |