Главная > İqtisadiyyat > Müəllim və tələbələr Masallı Sənaye Məhəlləsində

Müəllim və tələbələr Masallı Sənaye Məhəlləsində


4-04-2019, 18:39. Разместил: yeni321
Müəllim və tələbələr Masallı Sənaye Məhəlləsində

Aprelin 4-də Lənkəran Peşə Liseyi və Masallı Sənaye Məhəlləsinin təşkilatçılığı ilə Lənkəran Peşə Liseyinin “Qaynaqçı”, “Çilingər-santexnik” və Masallı Peşə Məktəbinin “Mebel ustası” qruplarının istehsalat təlim ustaları və tələbələri üçün Masallı Sənaye Məhəlləsinə infotur təşkil olunub.
Tədbirin məqsədi peşə təhsili alan tələbələrdə sahibkarlıq düşüncə tərzinin formalaşması, Azərbaycanda yaradılan sənaye məhəllələrinin fəaliyyəti barədə onları məlumatlandırmaq, real istehsal prosesi ilə tanış etməkdir.
Tələbələr Masallı Sənaye Məhəlləsində fəaliyyət göstərən mebel istehsalı, müasir qaynaq və çilingərlik işləri ilə tanış olublar.
İnfotur zamanı, həmçinin tələbələrin Masallı Sənaye Məhəlləsində istehsalat təcrübələrinin keçirilməsi ilə bağlı müzakirələr də aparılıb.


 
AZƏRTAC.шаблоны для dle 11.2
Вернуться назад