Главная > İqtisadiyyat > Masallıda özəl sektor və mikro sahibkar qadınların görüşü keçirilib

Masallıda özəl sektor və mikro sahibkar qadınların görüşü keçirilib


28-04-2019, 14:51. Разместил: yeni321
Masallıda özəl sektor və mikro sahibkar qadınların görüşü keçirilib
 
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) və BMT-nin maliyyə dəstəyi ilə Masallıda icra edilən "Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək" layihəsi çərçivəsində özəl sektor və mikro sahibkar qadınlar arasında şəbəkə görüşü keçirilib.
Görüşdə Masallı rayonunun özəl və dövlət sektorlarının nümayəndələri, Zaqatala və Masallı rayon Qadın Resurs Mərkəzlərinın sahibkar qadınları iştirak edib.
Tədbir zamanı Mərkəzin fəaliyyəti haqqında məlumat verilib, sahibkar qadınlar öz uğurlarını paylaşıblar.
Zaqatala Qadın Resurs Mərkəzinin koordinatoru yeni yaranmış mərkəzin fəaliyyəti barədə məlumat verib.
Sonda biznes qaliblərinin əl işləri nümayiş olunub, istehsal etdikləri məhsulların sərgisi keçirilib.
Görüş zamanı əməkdaşlıq perspektivləri və mərkəzlərin gələcək planları müzakirə edilib.
Bütün uğurlara görə, ABŞ-ın İnkişaf Agentliyinə, BMT-nin İnkişaf Proqramına, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Masallı rayon İcra Hakimiyyətinin başçısına minnətdarlıq ifadə olunub.
  

 
Akif VAQİFOĞLU, 
“Yeni həyat”,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад