Главная > İqtisadiyyat / Aqrar > Masallının təsərrüfat xəbərləri

Masallının təsərrüfat xəbərləri


4-05-2019, 18:23. Разместил: yeni321
Yazın gəlişilə torpağa qayğı başlayıb
 
Yazın gəlişilə Masallı rayonunun kəndlərində torpağa qayğı başlayıb.
Qızılavarda payıbəlli və həyətyanı sahələrdə pomidor, göyərti əkininə start verilib.
Kənd sakini Seyfəddin Əsgərov bir hektar sahədə tütün əkmək üçün hazırlıq işinə başlayıb. Torpaq şumlanıb, şitil tədarükü davam etdirilir.
                            ***

 
Qızılavarlılar ikinci ildir ki, baramaçılığa maraq göstərirlər. Bu il ərazi kümçülərinə 4 qutu barama verilib. Rəşad Əzizov və Faiq Ağayev köhnə məktəb deyilən binada bir neçə otağı barama qurdları saxlamaq üçün uyğunlaşdırıblar. Kənddə kifayət qədər tut ağacı olmadığından başqa ərazilərlə əlaqə yaradılır. Kümçülər bol məhsul əldə etmək üçün bütün inkanları araşdırırlar.
                                               ***
Təzə Alvadı kəndində isə kartof sahələrində qızğın iş gedir. Bu il ərazidə 186 hektar payıbəlli, 10 hektar həyətyanı torpaqlarda kartof yetişdirilmişdir. Hazırda kartof sahələri becərilir, bitkilərin dibi yumşaldılır, suvarılır. Fermerlərdən Əlicabbar Səfərov, Bəşirməmməd Məmmədov, Hadı İsmayılov, Zakir Fərəcov və başqaları sahələrdən daha çox məhsul əldə etmək üçün aqrotexniki tədbirləri keyfiyyətlə həyata keçirirlər.
Kənd ərazi nümayəndəsi Fəxrəddin Məmmədovdan aldığımız məlumata görə  polietilen örtük altında yetişdirilən 2 hektar sahədə kartof yığımı başa çatmışdır. Nübar məhsul bazarlara çıxarılmışdır.
Ərazidə iki hektar sahədə pomidor əkilməsi nəzərdə tutulmuşdur. Fermer Etibar Quliyev əkinə başlamışdır.  Bitkilər gündəlik suvarılır.
                                      ***
Kolatan kəndində 3 hektar köhnə çay plantasiyası mövcuddur. Çay sahələri mühafizə olunur, cərgəaraları  becərilir. Sahibkarlar hər il plantasiyalardan tonlarla yaşıl çay yarpağı yığıb Lənkəran çay fabrikinə təhvil verirlər. Bu il mayın 20-də məhsul yığımına başlanacaq.
                            ***
 
Çaxırlı kənd ərazi nümayəndəsi Musa Qubadovun verdiyi məlumata görə bu il ərazidə çiyələk sahələri daha  3 hektar genişləndirilmişdir. İndi fermerlər 33 hektar çiyələk bağına qulluq edirlər.
Fermerlərdən Mail Əlişov, Malik və Nəsimi Əliyevlər, Əhməd Səmədov bu il sahələrdən bol məhsul gözləyirlər.
                                      *** Çaxırlıda 9 hektar üzüm bağında Rauf, Asif və Vasif Bağırov qardaşları, Saməli Məstanov, Rasif Xəlilov yaz qayğılarını davam etdirirlər. Hazırda cərgələrarası şumlanır, tənəklərin dibi yumşaldılır, alaqdan təmizlənir.
 
Həsənağa ƏLİYEV,
Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az
 
 шаблоны для dle 11.2
Вернуться назад