Главная > İqtisadiyyat > Energetika nazirinin müavini Masallıda vətəndaşları qəbul edib
Energetika nazirinin müavini Masallıda vətəndaşları qəbul edib27-05-2019, 21:31. Разместил: yeni321 |
Energetika nazirinin müavini Masallıda vətəndaşları qəbul edib Mayın 27-də Energetika nazirinin müavini Samir Vəliyev Masallı və Yardımlı rayonundan olan vətəndaşları qəbul edib.Nazirliyin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşlar diqqətlə dinlənilib, müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. Vətəndaşların müraciətləri qazlaşma, qaz sayğaclarının quraşdırılması, elektrik enerjisinə görə yaranan borcun silinməsi, elektrik enerjisi təchizatında fasilələr, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, işlə təminat və digər məsələlərlə bağlı olub. Ümumilikdə qəbulda 20-dək vətəndaş müraciət edib. Qəbula gələnlər bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Masallıda təşkil olunmuş qəbul barədə vətəndaşların ətraflı məlumatlandırılması üçün KİV-də, Energetika Nazirliyinin rəsmi internet saytında (www.minenergy.gov.az) və "Facebook" səhifəsində elanlar verilib, nazirliyin saytında vətəndaşların qəbulu üçün elektron müraciətlərin onlayn qeydiyyata alınması məqsədilə imkanlar yaradılıb. AZƏRTAC. Вернуться назад |