Главная > İqtisadiyyat > Masallının "yaşıl qızıl"ı, nübar çayı
Masallının "yaşıl qızıl"ı, nübar çayı4-09-2019, 09:40. Разместил: yeni321 |
Masallının "yaşıl qızıl"ı, nübar çayı Kolatan kəndinin Sığaçola ərazisində bir neçə ilin böyük zəhməti bəhrə vermişdir. Çay plantasiyalarından 10 tondan , çox nübar məhsul yığılıb Lənkəran çay fabrikinə təhvil verilmişdir. Nübar çay yarpağı burada çalışan zəhmət adamlarının fərəhinə səbəb olmuşdur. Axı, növbəti ildə plantasiyalardan daha çox məhsul yığılacaq. İlk uğurdan ruhlanan kollektiv bu günlərdə yaşıl çay plantasiyalarını quraqlıqdan qorumaq üçün səylə çalışır. Hazırda tarlalar suvarılır, cərgəaraları becərilir. Çaybecərənlər su çətinliyini aradan qaldırmaq üçün yeni sututar yaradırlar. Mexanizatorlar belə bəndlərin sayını artırmaq üçün böyük əmək sərf edirlər. Çaybecərənlərdən Aynur Rəcəbova, Aygül Bəşirova,Şövkət Şirəliyeva, Şahin Quliyev, Rövşən Feyzullayev və başqaları həyata keçirilən aqrotexniki tədbirlərdə səylə çalışırlar. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |