Главная > İqtisadiyyat / Aqrar > Masallının təsərrüfat xəbərləri

Masallının təsərrüfat xəbərləri


24-09-2019, 08:51. Разместил: yeni321

Çəltik sahələri biçilir

 
Masallı rayonunda bir neçə ildir ki, çəltik yetişdirilir.
Bu il ərazilərdə 218 hektar sahədə çəltik əkilmişdir. Çəkilən zəhmət hesabına məhsuldarlığın xeyli artması gözlənilir.
Artıq bir neçə gündür ki, çəltik biçininə başlanmışdır. Xıl, Boradigah, Viləş fermerləri biçini uğurla davam etdirirlər. Başqa ərazilərdə də biçini vaxtında başa çatdırmaq üçün qüvvələr səfərbər edilmişdir.
Əmək adamları hər hektardan azı 3,5-4 ton məhsul götürmək əzmindədirlər.


ÇAXIRLININ AĞ ŞANI, QARA ŞANISI...

 
Çaxırlı ərazi nümayəndəliyindən redaksiyamıza verilən məlumata görə burada üzümyığımı başa çatmışdır.
Fermerlərdən Rauf Bağırov, Şaməli Məstanov, Əli Nəbiyev öhdəsindəki bağlara aqrotexniki qaydada qayğı göstərdiklərindən bol məhsul yetişdirməyə nail olmuşlar. Cari mövsümdə 7,5 hektardan çox bağdan 78 ton texniki üzüm növü yığılıb Göyçaydakı emal zavoduna göndərilmişdir. Fermerlər bazarlara 2 ton süfrə üzümü də çıxarmağa nail olmuşlar.
Hazırda bağlarda qış becərməsinə hazırlıq işləri davam edir.

“Yeni həyat”,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад