Главная > İqtisadiyyat / Manşet > Güllütəpədə səyyar qəbul: Torpaqlar əkilməli, təhsilə qayğı göstərilməli

Güllütəpədə səyyar qəbul: Torpaqlar əkilməli, təhsilə qayğı göstərilməli


1-12-2017, 22:30. Разместил: yeni321
Güllütəpədə səyyar qəbul

Torpaqlar əkilməli, təhsilə qayğı göstərilməli

Masallı RİH başçısı cənab Rafil Hüseynovun Güllütəpə ərazisində növbəti görüş-qəbulda sosial məsələlərdən danışıldı, təsərrüfatın inkişafı istiqamətində təklif və müraciətlərə münasibət bildirildi, həlli yollarının araşdırılıb tədbirlər müəyyənləşdirildi, tövsiyə və göstərişlər verildi. 
Güllütəpə kənd inzibati ərazi nümayəndəliyində düzənlənən görüşü rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov açıb sakinləri salamladı:
-Sizinlə gözəl payız günündə görüşürük. Payız əkin vaxtı, bağ-bağça salmaq üçün əlverişli fəsildir, - dedi. Ancaq yol boyu çəmənliklər görürsən, şumlanıb əkilən torpaq gözə dəymir. Sözü sizə verirəm ki, görək kəndin, təsərrüfatın inkişafı naminə nə təklifiniz var, müraciətiniz nədəndir. 
Əmirtürbə kənd sakini Mirzə Cavadov payıbəlli torpağının olmaması barədə müraciət etdi. 
Rayon rəhbəri bildirdi ki, torpaq islahatı zamanı qanunsuzluqlara yol verilib. İslahat komissiyasının üzvləri ziqzaqlı gedişlərlə   torpağı maraqlarına görə bölüblər. İndi həmin sahv və qanunsuzluqları aradan qaldırmaq çox çətindir, buna görə müəyyən distansiyalara müraciət olunmalıdır. 
Güllütəpə sakinləri Mustafa Abduləliyev və Vaqif Mütəllimov kənddə qazın olmamasını, içməli su korluğu və bankomata ehtiyacı gündəmə gətirdilər. Yeni Zuvanddan Məmmədəli Mürşüdov, Güllütəpəli Fərahim Əzizov, Yolağacdan Nəsrəddin Bəşirov torpaq ala bilməməsi, internetə ehtiyac olduğu barədə müraciət etdilər.
Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov təklif və müraciətləri dinləyəndən sonra dedi: 
-Payıbəlli torpaqları olmayan sakinlər neçə illərdir ki, susublar. Vaxtında bu problem onları narahat etməyib. Bu məsələni yenidən araşdırmaq üçün müəyyən vaxt lazım olacaq. Ucqar ərazi olduğundan burada bankomat quraşdırmaq məqsədə uyğundur. Bu məsələ nəzarətə götürüləcək. 
Torpaqların əkilməsinə diqqət çəkən rayon rəhbəri dedi ki, ərazidə təsərrüfatın inkişafı üçün təşəbbüs göstərilmir. Bərəkətli torpaqlarınız var. İndi Xırmandalıda 1 hektar əkilməmiş torpaq yoxdur. Torpaqlarınızın hər hektarı aran rayonlardakının on hektarına bərabərdir. Sizdə ən sərfəli əkin növü bitkiçilikdir. 4 hektarda fındıq əkilib. Çox yaxşıdır. Bağları genişləndirmək gərəkdir. Xaricə ixrac olunan məhsullar arasında ən gəlirlisi fındıqdır. Bu sahəyə möhtərəm Prezidentimiz xüsusi önəm verir. Cənab İlham Əliyevin Lənkərandakı müşavirədə bölgəmizə xas olan çayçılığın, çəltikçiliyin və sitrus meyvələri istehsalının inkişaf etdirilməsi barədə tövsiyə və göstərişləri qarşımızda böyük vəzifələr qoymuşdur.
Odur ki, dağətəyi ərazilərdə sitrus meyvələri yetişdirmək, bağçılığa önəm vermək sərfəlidir. Qonşu Cəlilabad rayonunda xeyli sahədə noxud əkilir, yaxşı məhsul götürülür. Bu məhsul sizdə də dəyərli olar. Maraq və təşəbbüs torpaqdan bəhrələnməyin görüntüsüdür.
Rafil Hüseynov ərazidəki məktəblərdə təhsilin səviyyəsinə toxunaraq dedi ki, övladlarınızın oxumasına məsuliyyətlə yanaşın. İndi fəhlənin də savadı olmalıdır ki, hüquqlarını başa düşsün. Kompüter əsrində gənclər bu sahəyə mükəmməl yiyələnməlidirlər. Ərazinizdəki təhsil ocaqları yenidir. Burada biliklərə yiyələnmək üçün hər cür şərait vardır. Valideyn -məktəb əlaqələri möhkəmlənməlidir.

                                                                                                                          Həsənağa ƏLİYEV.шаблоны для dle 11.2
Вернуться назад