Главная > İqtisadiyyat > Masallının təsərrüfat sahələrində…

Masallının təsərrüfat sahələrində…


11-03-2020, 13:10. Разместил: yeni321

KƏLƏM MASALLI TORPAĞINDA GƏLİRLİ SAHƏ SAYILIR
Masallı rayonunun ərazilərində ilin məhsulu üçün 16 hektar sahədə kələm əkilib.
Təklə, Qızılavar, Qızılağac, Səmidxan, Viləş, Yeddioymaq, Tüklə, Banbaşı ərazilərinin tərəvəzçiləri kələm əkinlərinə aqrotexniki qulluğu gündən-günə yaxşılaşdırırlar.
Masallı camaatı bu məhsulun yetişdirilməsində zəngin təcrübəyə malikdirlər.
Son bir neçə ildə Masallı rayonunda tərəvəzçiliklə məşğul olan fermerlər kələm əkininə maraq göstərməyə başlayıb. Torpaq sahiblərinin sözlərinə görə bu sahəyə marağın artması onun becərilmə şərtlərinin sərfəli və məhsula çəkiləcək xərclərin az olması ilə əlaqədardır. Belə ki, əgər yerli sakinlər, çiyələk, kartof kimi digər kənd təsərrüfatı bitkilərinin toxumunu baha qiymətə xaricdən alırlarsa, kələm əkinində bu kimi problemlərlə qarşılaşmırlar. Əməkçilər elə bu üstünlüklərinə görə bir neçə ildir ki, şəxsi təsərrüfatında kələm becərməyə başlayıb. Onların sözlərinə görə kələmin becərilməsində mineral gübrələrdən də demək olar ki, istifadə olunmur. Sadəcə bitkidə zərərvericlər müşahidə olunan zaman həftə ərzində bir dəfə dərman vurulur. Ümumiyyətlə isə kələm digər kənd təsərrüfatı bitkiləri ilə müqayisədə çox nadir hallarda xəstəliklərə yoluxur.
Kələm əkməklə yerli sakinlər torpağda növbəli əkin sistemin də həyata keçirə bildiklərini deyirlər. Məsələn torpağa əkilmiş hər hansı kənd təsərrüfatı bitkisindən hazır məhsulu yay fəsilində götürdükdən sonra həmin ərazidə avqust ayında kələm əkilir. Fermer istəyərsə eyni sahədə əkilmiş kələmdən il ərzində iki dəfə məhsul götürə də bilər. Təxminən bu bitkinin hər hektarından 2500 manata kimi gəlir götürən tərəvəz əkib becərənllər istehsal olunan kələmi əsasən cənub rayonlarında satırlar.

KARTOF QİYMƏTLİ ƏRZAQ BİTKİSİDİR 
Masallıda kartofçuluğun iqtisadi səmərəsini görən fermerlər bu il əkin sahələrini genişləndirməyə çalışırlar. Əmək adamları ilin məhsulu üçün 663 hektarda kartof yetişdirirlər. Məhsuldarlığı artırmaq üçün tarlalarda əzmlə çalışan kartofçuların əməyi bəhrə verməkdədir. Sahələrdə yaxşı çıxış alınıb.
Təkləlilər bu il də kartof əkinində irəlidə gedirlər. Onlar 295 hektar sahədə kartof yetişdirirlər.
Təzə Alvadı ərazisində 210 hektar, Xırmandalıda 70, Köhnə Alvadı ərazisində 30 hektar kartof sahəsinə qayğı göstərilir.

“Yeni həyat”,
www.yeniheyet.az

 

 



шаблоны для dle 11.2
Вернуться назад