Главная > İqtisadiyyat > MASALLIDA BARAMA MÖVSÜMÜ BAŞLANDI

MASALLIDA BARAMA MÖVSÜMÜ BAŞLANDI


3-05-2020, 12:44. Разместил: yeni321
MASALLIDA BARAMA MÖVSÜMÜ BAŞLANDI 

Uzun illər unudulan baramaçılıq son vaxtlar Masallı rayonunda dirçəldilib. Bu da rayon sakinlərinin məşğulluğuna müsbət təsir göstərir. Çünki hər il 100 nəfərdən çox adam bu sahə ilə məşğul olur, ailə büdcəsini formalaşdırır. Masallı kümçüləri ötən il 5 ton 319 kiloqram barama təhvil vermişlər ki, bu da rayon üçün yüksək nəticədir.
Mayın 3-də Masallı DAİM-də canlanma vardı. Rayonun hər ərazisindən kümçülər bura yığışmışdı. DAİM-in baş məsləhətçisi Hasil Hüseynov məlumat verib deyir ki, bu gün rayona 140 qutu barama toxumu gətirilib. Barama toxumu rayonun bütün ərazilərinin kümçülərinə paylanacaq Qızılağac, Qarğalıq, Təzə Alvadı, Köhnə Alvadı, Mahmudavar, Şərəfə, Səmidxan kümçüləri artıq barama toxumlarını təhvil almışlar. İlk barama qurdu toxumunu təhvil alan Qızılağac bələdiyyəsinin sədri Şamil Məmmədov deyir ki, baramaçılıq qısa vaxtda gəlir gətirən maraqlı sahədir. Ötən il də barama qurdu bəsləmişdim. Qəbul məntəqəsinə 380 kiloqram barama təhvil verdim. Bu gün 6 qutu toxum götürmüşəm, bu da 120 qram deməkdir. Bu sahədə təcrübəmiz, barama qurdunu bəsləmək üçün yem bazası, tut ağaclarımız var. Çalışacağıq ki, bu il də yaxşı nəticə əldə edək.
Musaküçəli kümçü İntizam Quliyev 5 qutu barama götürmüşdür. O, deyir ki, kəndimizdə tut ağacı çoxdur. Ötən illərdə də xeyli tut tingi əkmişik. Odur ki, barama qurdlarını bəsləməkdə çətinliyimiz yoxdur. Bu məqsədlə hazırladığımız otaqlarda hər iş qaydasındadır. Ötən ilki uğurları artırmağa çalışacağıq.
Masallı DAİM-də barama toxumunun paylanması davam edir.

“Yeni həyat”,
www.yeniheyet.az

 

 

шаблоны для dle 11.2
Вернуться назад