Главная > İqtisadiyyat > YOLLAR TƏMİR EDİLİR, İŞIQLANDIRMA SİSTEMİ QURULUR

YOLLAR TƏMİR EDİLİR, İŞIQLANDIRMA SİSTEMİ QURULUR


6-05-2020, 11:48. Разместил: yeni321
YOLLAR TƏMİR EDİLİR, İŞIQLANDIRMA SİSTEMİ QURULUR
 
Yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində Masallı rayonunda təmir işləri davam etdirilir.
Şəhərin “Köhnə bazar” ərazisinin asfaltlaşmasından sonra burada səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də yenidən bərpa olunur, zəruri olan yerlərdə yeni sistem qurulur.
Bundan başqa küçə boyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri yenidən qurulur və ya təmir edilir.
Rayonda yeni asfalt yolların çəkilməsi ilə yanaşı, istər şəhər, istərsə də kənd yollarında təmir işləri aparılır. Mütəmadi olaraq sakinlərin rahat şəkildə gediş-gəlişini təmin etmək üçün kəndarası yollara qum-çınqıl döşənir.
Şərəfə kəndində 6 kilometr uzunluğunda kəndarası yollara çınqıl döşənib.
Küçədaxili yollarda həm nəqliyyat vasitələrinin, həm də vətəndaşların rahatlığını təmin etmək məqsədilə Bədəlan ərazisinin ehtiyac olan küçələrinə 40 maşına yaxın, Xıl kəndində isə 22 maşın qum-çınqıl tökülüb. Xılda 6 kilometr yol qreyderlənib, 1 kilometr yolda isə işıqlandırma sistemi bərpa edilib.
Aparılan abadlıq işləri çərçivəsində Bədəlanda 3 kilometrə yaxın küçədə yeni işıq dirəkləri quraşdırılıb, 3 kilometr uzunluğunda yolkənarı quraşdırılmış işıq fanarları isə yenisilə əvəzlənib.
Tüklə kəndinin də mərkəzi küçəsi (Tüklə-Məmmədoba) yeni işıqlandırma sistemi ilə təchiz edilib.

“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад