Главная > İqtisadiyyat > HAMI TARLADADIR

HAMI TARLADADIR


6-05-2020, 12:11. Разместил: yeni321
HAMI TARLADADIR 

Masallı rayonunun Təklə kəndindəki sahələrdə işin ahəngi səngimək bilmir. Burada adamlar torpağa möhkəm tellərlə bağlıdır. Onları qışda da, yayda da işləyən görərsən.Yaz-tarla işləri başlanandan da hər kəs kənddə bu mənzərənin şahidi ola bilər. Qız-gəlinlər əzmkarlıqla işləyir, ərzaq bolluğu yaratmağa çalışırlar. Onlar ilin bütün fəsillərində işləyirlər- ya şitil becərir, istixanalarda çalışır, ya da açıq sahələrdə.
Təklə ərazisində əkilən 295 hektar kartof sahəsində də bol məhsul gözlənilir. Yaxın vaxtlarda kartof yığımına başlanacaq. Qeyd edək ki, çiyələkçilik də fermerlərin əsas təsərrüfat sahəsinə çevrilib. İndi ərazidə 20 hektar çiyələk sahəsi mövcuddur. Yavər İsmayılovun kollektivi 1,5 hektar çiyələk sahəsini genişləndirərək genişləndirərək 3 hektara çatdırmışdır. Hazırda sahələrdən yığılan məhsul əvvəlcədən müqavilə bağlanmış Bakı şəhəri bazarlarına göndərilir.
Ərazinin sakinləri həyətyanı sahələrində 14 hektar sarımsaq, 12 hektar paxla, 15 hektar noxud, 5 hektar mərci yetişdirirlər.

Həsənağa Əliyev,
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад