Главная > İqtisadiyyat > TORPAĞA QAYĞI BƏHRƏSİZ QALMAZ

TORPAĞA QAYĞI BƏHRƏSİZ QALMAZ


7-05-2020, 14:01. Разместил: yeni321
TORPAĞA QAYĞI BƏHRƏSİZ QALMAZ  
 
Banbaşıda 20 hektarda tütün əkilir 
 
Respublikamızda həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Bu yönümdə görülən işlər tütünçülük sahələrinin də genişləndirilməsinə imkan yaradır.
Masallıda ənənəvi sahə olan tütünçülük sahəsinin yenidən dirçəldilməsi torpaq mülkiyyətçilərinin böyük sevincinə səbəb olub. Hazırda rayonda, tütün sahələrində qızğın iş gedir.
Banbaşıda planda nəzərdə tutulduğundan da çox sahədə - 20 hektar torpaqda tütün əkilir. Kənd sakini Mais Əhədovun ötən il 2 hektardan əldə etdiyi 6 ton yaşıl kütlə onun bu sahəyə olan marağını artırıb. Fermer bu il də yüksək məhsul gözləyir.
Hazırda açıq sahələrə şitil köçürülür. Əkin zamanı “imunium” növlü ətirli və qiymətli tütünə daha çox üstünlük verilir. Proses bir ay ərzində tam olaraq yekunlaşacaq. Şitillər yayın sonlarına doğru yetişəcək və məhsul yığımına başlanacaq. Əkinçilər havalar əlverişli keçərsə, bu il tütün sahələrindən  bol məhsul götürəcəklərini proqnozlaşdırırlar.
Mais Əhədov əlavə edir ki, nahaq yerə kartofu ikinci çörək adlandırmırlar. Odur ki, icarəyə götürdüyüm 2 hektar payıbəlli torpaq sahəsində kartof becərirəm. Yüksək məhsuldarlığın başlıca şərtlərindən biri də əkin materialıdır. Ötən il eyni ölçülü sahədən 60 ton məhsul götürdük. Rusiyadan (Stavrapol) gətirilimiş toxumdan istifadə etmişik. Bütün aqrotexniki tədbirləri vaxtında və keyfiyyətlə yerinə yetiririk. Hazırda dərmanlama və suvarılma işləri aparılır. Xəstəlik və ziyanvericilərə qarşı vaxtında mübarizə aparılması məhsul itkisinin qarşısını alır. Məhsul may ayının sonunda yığılacaq.
Bundan əlavə banbaşılı fermer 0,5 hektarda pomidor yetişdirir, 2 hektar sahədə isə buğda əkib.
Onun sözlərinə görə rəhbərlik etdiyi təsərrüfatda hazırda 50-dən artıq işçi çalışır. Mayın sonlarında isə işçilərin sayı 100 nəfərə çatacaq.
Qeyd edək ki, Banbaşı ərazisində ümumilikdə 26 hektar sahədə kartof, 8 hektarda soğan, 9 hektarda xiyar, 7 hektarda pomidor, 8 hektarda noxud, 4 hektarda badımcan, 2 hektarda bibər, 3 hektarda göyərti, 3 hektarda çiyələk əkilib.
 
Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад