Главная > İqtisadiyyat / Aqrar > Masallı kümçüləri bu il bol məhsul götürməyə iddialıdır

Masallı kümçüləri bu il bol məhsul götürməyə iddialıdır


8-05-2020, 11:30. Разместил: yeni321
Masallı kümçüləri bu il bol məhsul götürməyə iddialıdır

Masallı rayonunda kənd təsərrüfatının inkişaf etmiş sahələri ilə yanaşı iqtisadi cəhətdən çox xeyirli məşğuliyyət sayılan baramaçılıq fermerlərin, zəhmətkeş insanların maraq dairəsindədir.
Baramaçılığın yem bazasını möhkəmləndirmək məqsədilə Şərəfədə 500, Tüklədə 700, Viləş kəndində isə 1200, Ərkivan qəsəbəsində 2200 ədəd Çin Xalq Respublikasından gətirilmiş və yerli tut tingi əkilib.
Şərəfədə 3, Tüklədə 5, Kolatanda, Viləş kəndində, Ərkivan qəsəbəsində 6 qutu barama saxlanması üçün yerlər hazırlanıb.
Kümçülər bu il bol məhsul götürməyə iddialıdır.

Bədəlanlı kümçülər barama bəsləməyə başlayıb 

Bədəlan kümçüləri keçən ilki nəticələrini yaxşılaşdırmaq üçün bu il də səylə çalışırlar.
Kənd sakinləri Fikrət Salmanov və Rahan Ağayev barama qurdu bəsləniləcək otaqlarda bütün hazırlıq işlərini vaxtında başa çatdırıblar. Otaqlarda rəflər qurulub, lazım olan iş şəraiti yaradılıb.
DAİM-dən 5 qutu barama toxumu qəbul edən kümçülər bu günlər artıq tut yarpağı tədarükünə başlayıblar. Keyfiyyətli məhsul istehsal etmək üçün barama qurdları zootexniki qaydada yemləndiriləcək. Kümçülər ərazidə kifayət qədər tut ağacı olduğunu deyirlər.

Türkobada təsərrüfat işlərinə start verilib 

Türkoba ərazisində də təsərrüfat işlərinə start verilib. Kümçülər 6 qutu barama toxumunu qəbul edib bəsləməyə başlayıblar. İki hektar sahədə tütün əkininə başlanılıb. Həyətyanı sahələrdə xiyar, pomidor, lobya, noxud yetişdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq ərazidə iki sututarda bəndlərin qurulmasına hazırlıq görülür.
Bu da fermerlərə tərəvəzçilik və çəltikçiliyin inkişafı üçün stimul verəcəkdir.

“Yeni həyat”,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад