Главная > İqtisadiyyat / Aqrar > Masallı Rayon İcra Hakimiyyətinin başçısı yaz-tarla işlərinin gedişi ilə tanış olub

Masallı Rayon İcra Hakimiyyətinin başçısı yaz-tarla işlərinin gedişi ilə tanış olub


16-05-2020, 18:53. Разместил: yeni321

Masallı Rayon İcra Hakimiyyətinin başçısı yaz-tarla işlərinin gedişi ilə tanış olub 

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Qızılağac kəndində yaz-tarla işlərinin gedişi, təsərrüfat sahələrindəki mövcud vəziyyətlə tanış olub.
Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bunu cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlardan, məqsədyönlü tədbirlərdən də aydın şəkildə görmək olar.

2004-2008, 2009-2013, 2014-2018 və 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramlarının reallaşdırılması nəticəsində kənd təsərrüfatı sahəsində böyük infrastruktur yaradılmış, qeyri-neft sektorunun inkişafında aqrar sektorun payı xeyli artmışdır. Məhz ölkə rəhbəri və dövlət tərəfindən verilən dəstək sayəsində kənd təsərrüfatı ilə məşğul olan fermerlər əkin sahələrini genişləndirməyə çalışır, aqrar sektorda böyük çəkiyə malik olan bu sahənin inkişaf etməsi üçün öz töhfələrini verməyə can atırlar. Respublikamızın hər yerində olduğu kimi, Masallı rayonunda da ölkə iqtisadiyyatında neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olan, iş yerlərinin yaradılmasında böyük pay sahibi olan aqrar sahənin inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tərəfindən kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğının, sahibkarlara, kənd adamlarına olan səmimi münasibətin nəticəsidir ki, cari ildə də rayonda əkin sahələri genişləndirilir. Belə ki, 2019-cu ildə 217 hektar sahədə çəltik əkilirdisə, cari ildə çəltik əkinlərinin 250 hektara çatdırılması planlaşdırılır. İndiyədək 128 hektar sahə əkinə tam hazırlanıb.
“Masallı Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyəti Qızılağac kəndində 31 hektar sahədə çəltik yetişdirəcək. Torpaq səpinə tam hazırlanıb. Tarlada qızğın iş gedir. Rayon rəhbəri əkilmiş sahəni gəzir, əkinin keyfiyyəti ilə maraqlanır. DAİM-in mütəxəssisləri əkinin necə keçirilməsi barədə məlumat verirlər.
“Masallı Nemətləri”nin icraçı direktoru Elxan Qənbərov bildirir ki, durduğumuz yer 1,75 hektardır. Bütün şum işlərini vaxtında görmüşük. Havanın xoş keçməsindən istifadə edərək əkini qısa müddətdə başa çatdıracağıq.
Rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Lənkəran şəhərində keçirilən rayonumuz üçün ənənəvi əkin sahələri olan çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki nitqindən irəli gələn vəzifələrdən danışaraq qeyd etdi ki, dövlət başçısının respublikamızda çəltikçiliyin inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıq və tövsiyələr Masallıda da uğurla icra olunur. Bu, çox müsbət haldır.
Mexanizator Ramil Balakişiyev sahədə dövrə vurub, toxum səpən aqreqatı «Yumşaq düyü» toxumu ilə doldurur.
E.Qənbərovdan öyrənirik ki, bir kvadrat metrə 25 ədəd toxum düşür. Hər hektardan 80-100 sentner məhsul götürməyi planlaşdırmışıq.
Tərəvəzçilik Masallıda ənənəvi sahələrdən hesab olunur.
Bir az aralıda pomidor əkilən yerə gəldik. Torpağı şumlanmış cərgələrarası sahədə cari ilin məhsulu üçün pomidor əkilir. Torpağın icarəyə götürüldüyünü deyən «Azərsun»un baş aqronomu rayon rəhbərinə bildirir ki, əkinə mayın 5-dən başlamışıq. 32 hektarda bibər əkinini aqritexniki qaydada yerinə yetirmişik, 8 hektarda da əkəcəyik.
Gün ərzində tarlada 70-80 nəfər qadın işçi çalışır.
Rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov tərəvəz becərən işçi qadınlara koronavirusla bağlı bütün qaydalara əməl etməyi, ara məsafə saxlamağı tövsiyə etdi. Karantin qaydaları yumşaldılıb, hələ ləğv olunmayıb - deyə RİH başçısı bildirdi.
Rayon rəhbəri tərəfindən əməkçilərə maska və spirt paylanıldı.
Qadınlar bibər şitilini də həvəslə cərgələrə köçürürdülər.
Qeyd olunur ki, bir hektara 36 minə yaxın şitil əkilir. 1 hektarın məhsuldarlığının 350 sentnerə çatdırılması planlaşdırılır.
«Azərsun Holdinq» tərəfindən Qızılağac ərazisində 100 hektarda taxıl yetişdirilir. Taxıl zəmiləri də göz oxşayır.
İcra başçısı tərəvəz becərənlərə işlərində uğurlar, bol məhsul götürməyi arzulayır. Buna görə onlar rayon rəhbərinə minnətdarlıq bildirdilər.
Qonşuluqdakı sahədə qarğıdalı sahələrinə selləmə su verilirdi.
Rayon rəhbəri yaz-tarla işlərinin indiki qızğın çağında əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunması, xüsusilə də su itkisinin qarşısının alınması istiqamətində məqsədyönlü işlər görüldüyünü və bu sahədə Viləşçay su anbarının yaxşı işini qeyd etdi.
Qızılağaclı fermer Kərim Kərimli bildirdi ki, 3 ildir qarğıdalı əkib-becəririk. Cari ildə 6 hektar sahəni səpmişik. 15 gündür suvarırıq. Həmçinin 3,5 hektar sahədə çiyələk əkmişik.
Bir az aralıda isə qızılağaclı qadınlar tütün əkirdilər. Kəndin bələdiyyə sədri Şamil Məmmədov dedi ki, şitili Xırmandalıdan gətirmişik. Keyfiyyətlidir, əkin üçün yararlıdır. 6 hektar sahədə tütün əkəcəyik. Yaxın günlərdə əkini başa çatdıracağıq.
Qeyd edək ki, 2020-ci ilin məhsulu üçün əkinə hazırlıq məqsədilə 17860 hektar sahəyə şum vurulmuş, 12328 hektar sahədə payızlıq əkinlər aparılmışdır. Pazyızlıq əkinlərdən 6878 hektarı buğda, 2770 hektarı arpa və 2680 hektarı vələmir bitkisidir. Hazırki vaxtda 3600 ha sahədə yazlıq əkinlər aparılır. Artıq rayon ərazisində yazlıq əkinlərin qızğın vaxtıdır.
Əkin davam edir.
 
“Yeni həyat”,
www.yeniheyet.az
 

 

 

шаблоны для dle 11.2
Вернуться назад