Главная > İqtisadiyyat > Masallıda kümçülərə 125 qutu ipəkqurdu toxumu paylanılıb

Masallıda kümçülərə 125 qutu ipəkqurdu toxumu paylanılıb


18-05-2020, 11:43. Разместил: yeni321
Masallıda kümçülərə 125 qutu ipəkqurdu toxumu paylanılıb 

Masallı Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə rayonda 57 kümçüyə Qax Damazlıq İpəkçilik Stansiyasından gətirilmiş 140 qutu ipəkqurdu toxumu paylanılıb.
Bildirilib ki, keçən il rayonda baramaçılıqla məşğul olan kümçülərə 125 qutu ipəkqurdu toxumu paylanılıb. Kümçülər 5 ton 318 kiloqram yaş barama tədarük edərək “Azəripək” MMC-yə təhvil veriblər. Təhvil verilən yaş baramaya görə 49 nəfər kümçüyə 47 min 565 manat vəsait ödənilib.
Bu il Masallıda 5 ton 600 kiloqram yaş baramanın tədarükü nəzərdə tutulub.


Tüklədə kümçülərin qayğıları artıb 

Tüklədə kümçülərin qayğıları artıb.Vüqar və Zamid Ağayev qardaşları 100 qram barama toxumunu təhvil alaraq uyğunlaşdırılmış otaqlarda becərirlər. Kənddə ötən payızda 500 ədəd Çindən gətirilmiş və 200 ədəd yerli növ tut ağacı əkilmişdir. Yeniheyet.az-a verilən məlumata görə ərazidəki yarım hektardan çox tut bağı bərpa edilib. Odur ki, kümçülər barama qurdlarını bol yemlə təmin edib, zootexniki qaydada becərə bilirlər.

“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад