Главная > İqtisadiyyat > MASALLIDA – XIL KƏNDİNİN KÜÇƏLƏRİ İŞIQLANDIRILIR

MASALLIDA – XIL KƏNDİNİN KÜÇƏLƏRİ İŞIQLANDIRILIR


9-06-2020, 18:28. Разместил: yeni321
XIL KƏNDİNİN MƏRKƏZİ KÜÇƏLƏRİNƏ GECƏ İŞIQLARI QURAŞDIRILIR 

Xıl kəndinin mərkəzi küçələrində gecə işıqlarının quraşdırılmasına başlanılmışdır.
Bu barədə məlumat verən Masallı Rayon İcra Hakimiyyəti başçısının Xıl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mirsənan Sadıqov bildirmişdir ki, Rusiya Federasiyasında yaşayan kənd sakinlərinin maddi dəstəyi, rayon Elektrik Şəbəkəsinin əməkdaşlarının köməyi ilə ərazinin mərkəzi küçələri işıqlandırılır.
Ümumilikdə, küçələrə 40 işıq dirəyi basdırılacaq. Artıq bu dirəklərdən 20 ədədi basdırılmış və fənərləri quraşdırılaraq hazır vəziyyətə gətirilmişdir.
Yaxın zamanlarda mərhələli şəkildə ərazinin bütün mərkəzi küçələrinin işıqlandırlmasının yekunlaşacağı nəzərədə tutulmuşdur. Bu da kənd sakinlərinin böyük sevincinə səbəb olmuşdur.

“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад