Главная > İqtisadiyyat / Aqrar > Masallıda taxıl biçini başlandı

Masallıda taxıl biçini başlandı


10-06-2020, 11:36. Разместил: yeni321
Masallıda taxıl biçini başlandı 

Taxıl Masallıda ən çox yetişdirilən ərzaq bitkisidir. Bu ənənəvi sahəyə kənd təsərrüfatında başlıca diqqət və maraq var. Təsadüfi deyil ki, hər il rayonda şumlanmış 18 min hektardan çox sahənin 13 min hektarında taxıl əkilir.
Cari ildə də kombaynçılar 6 min 878 hektar sahədə buğda, 2 min 770 hektarda arpa, 2 min 680 hektar sahədə vələmir biçəcəklər.
Bir neçə gündür ki, kombaynçılar taxıl sahələrində biçinə başlamışlar. Masallı DAİM-dən “Yeniheyet.az”-a verilən məlumata görə bu mühüm kompaniyada “Aqrolizinq”in və şəxsi təsərrüfatların 24 kombaynı iştirak edir. Kombaynçılar məhsulu tez və itkisiz biçməyə çalışırlar.
Yeddioymaq, Ərkivan, Qarğalıq, Xırmandalı, Həsənli, Viləş, Qızılağac ərazilərində arpa biçini sürətlə davam edir. Mövsüm başlanandan 640 hektardan çox sahədə arpa biçilib.

“Yeni həyat”,
www.yeniheyet.az



шаблоны для dle 11.2
Вернуться назад