Главная > İqtisadiyyat / Aqrar > Torpağın sinəsini bəzəyən xırmandalılar

Torpağın sinəsini bəzəyən xırmandalılar


18-06-2020, 21:29. Разместил: yeni321
Torpağın sinəsini bəzəyən xırmandalılar

Xırmandalı ərazisi rayonumuzda münbit torpağı, dadlı-bərəkətli bostan, tərəvəz bitkiləri ilə tanınır. Aqrar islahatlar bu kənddə də öz bəhrəsini verir.
Dövlət qayğısını hiss edən təsərrüfat adamları dolanışıq üçün daha çox torpağa bağlanır, öz təsərrüfatlarını genişləndirərək xoş güzəranlarını qururlar.
Həmişə olduğu kimi bu qızmar günəşli günlərdə də ərazidə hamı əkib-becərməklə məşğuldur. Təsərrüfat sahələrində qızğın iş gedir. Əməksevər xırmandalılar əkilməmiş bir qarış yer saxlamırlar. Sanki bu zəhmətkeş insanlar torpağın sinəsini yaşıllıqlarla bəzəməkdən zövq alırlar.
Xırmandalı torpaqlarının yemiş əkini üçün əlverişli olması yerli fermerləri bu işə cəlb edir. Ərazidə bu il 180 hektar sahədə örtük altında yemiş əkilib. Artıq bir həftədir ki, bostanlarda məhsul yığımına başlanılıb.
Təsərrüfatçılardan Yusif Niftiyev əkin sahələrindən hər gün 100-200, Camaləddin Həsənov 300-400, Ağalar Eminəliyev 100-150, Azad Fərzəliyev 400 kiloqrama yaxın məhsul yığırlar.
Məhsuldarlıqdan razı qalan əkinçilər yerli bazarla yanaşı qonşu rayonlardan və paytaxt bazarlarından da müştərilərin olduğunu bildirirlər.
Bu il ərazinin 210 hektar sahəsində badımcan yetişdirilib.
Bir aydır ki, tarlalardan məhsul yığılır. Bu sahədə böyük təcrübə qazanmış Rasim Əzizov, Ramil Yusifov, Əlizaman Fərzəliyevin dediyinə görə hər hektardan 30 tona yaxın məhsul əldə edilir.
Xırmandalıda tütünçülük də gəlirli sahə kimi diqqətdə saxlanılır. Bu il 8,7 hektar sahədə tütün əkilib. Hazırda şitillərin dibləri yumşaldılır, bitkilərə hər cür aqrotexniki qulluq göstərilir.
Digər əkinçilik sahələri üzrə də yüksək göstəricilər əldə edilib. 70 hektar sahədən 2 min tondan yuxarı kartof, 30 hektar paxla sahəsindən 750 ton məhsul götürülüb.
15 hektarda əkilmiş sarımsaq yığımı başa çatıb. 15 hektardakı xiyar bostanında məhsul yığımı davam edir. Beş hektar sahədə pomidor əkilib ki, yaxın günlərdə tərəvəz dəriminə başlanılacaq.
Xırmandalılar taxılçılığın inkişaf etdirilməsinə qayğı ilə yanaşırlar. Bu il zəmilərdən xeyli məhsul götürülüb. 415 hektar sahədə əkilmiş buğda, 160 hektarda arpa, 120 hektardakı vələmir bitkisinin biçini artıq yekunlaşıb.
Masallı RİHB-nın Xırmandalı kənd izibati ərazi dairəsi üzrə nümayəndəsi Məhəmməd Yusifovun verdiyi məlumata görə bu il ərazi üzrə ümumilikdə 1267,7 hektar sahədə əkin işləri aparılıb.
Xırmandalıda kənd təsərrüfatının inkişafı ilə yanaşı abadlıq-quruculuq işləri də mərhələli şəkildə davam etdirilir. Vaxtaşırı olaraq yolların kənarı kollardan, məişət tullantılarından təmizlənir, ağaclara, güllərə qulluq edilir və s. Görülən bütün işlər karantin rejiminin tələblərinə uyğun aparaılır.

Akif VAQİFOĞLU,
“Yeni həyat”,
www.yeniheyet.az
 

 

шаблоны для dle 11.2
Вернуться назад