Главная > İqtisadiyyat / Aqrar > MASALLIDA TÜTÜN ƏKİNİ BAŞA ÇATIB

MASALLIDA TÜTÜN ƏKİNİ BAŞA ÇATIB


20-06-2020, 14:40. Разместил: yeni321
MASALLIDA TÜTÜN ƏKİNİ BAŞA ÇATIB 

Masallı rayonunda mayın əvvəllərindən başlanan tütün əkini kampaniyası başa çatıb.
Rayonun əksər yaşayış məntəqələrində tütün əkilib. Fermerlər və məhsul istehsalçıları örtük altında yetişdirdikləri şitilləri 51 hektar sahəyə köçürüblər.
Məhsul istehsalçıları əkin zamanı daha çox “İmmunium” növlü ətirli tütünə üstünlük veriblər.
Masallıda ilk dəfə 2015-ci ildə 14 hektarda tütün əkilib. Ötən il rayonda tütün əkin sahələri genişləndirilərək 35 hektara çatdırılıb. Məhsul istehsalçıları Şəki şəhərində fəaliyyət göstərən tədarük məntəqəsinə 57,2 ton qurudulmuş tütün təhvil veriblər. Bu il tütün əkin sahələri daha 16 hektar genişləndirilib.
Rayonda tütünçülüklə məşğul olan fermerləri narahat edən əsas problemlərdən biri məhsulun tədarükü və emalı ilə bağlıdır.
“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nda istehsal olunmuş tütün məhsullarının tədarükü, saxlanması və emalının, həmçinin Masallı rayonunda tütünqurutma məntəqələrinin yaradılması nəzərdə tutulub. Bu problemin həlli rayonda tütünçülüyün inkişafı üçün geniş imkanlar yaradacaq.
 
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад