Главная > İqtisadiyyat / Aqrar > MASALLIDA TAXIL BİÇİNİ BAŞA ÇATDI

MASALLIDA TAXIL BİÇİNİ BAŞA ÇATDI


29-06-2020, 19:27. Разместил: yeni321
MASALLIDA TAXIL BİÇİNİ BAŞA ÇATDI 

Masallı rayonu üzrə ümumilikdə 9634 hektar sahədə taxıl əkini aparılmışdır ki, bunun 6917 hektarı buğda, 2717 hektarı isə arpa sahəsi olmuşdur.
İyunun 29-dək rayon üzrə bütün taxıl sahələri biçilmiş və ümumilikdə 22116,4 ton məhsul götürülmüşdür ki, bunun da 16271,7 ton buğda, 5844,7 ton arpa bitkisi təşkil edir.
2019-cu ilin müvafiq dövründə rayon üzrə ümumilikdə 10282 hektar sahədə taxıl əkini aparılmışdır ki, bunlardan 7496 hektarı buğda və 2786 hektarı isə arpa sahəsi olmuşdur. Ümumilikdə isə sahələrdən 23508,6 ton məhsul götürülmüşdür ki, bunlardan 17540,6 ton buğda, 5968 ton arpa bitkisi təşkil etmişdir.
Belə ki, 2019-cu ildə taxıl biçinində hər hektara düşən orta məhsuldarlıq 22,9 sentiner olmuşdusa, 2020-ci ildə hər hektara düşən orta məhsuldarlıq 23 sentiner təşkil etmişdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 sentiner çoxdur.
 
“Yeni həyat”,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад