Главная > İqtisadiyyat > Masallı Rayon Mənzil İstismar Sahəsi təmizlik işlərini davam etdirir

Masallı Rayon Mənzil İstismar Sahəsi təmizlik işlərini davam etdirir


9-07-2020, 15:33. Разместил: yeni321
Masallı Rayon Mənzil İstismar Sahəsi təmizlik işlərini davam etdirir

  Masallı Rayon Mənzil İstismar Sahəsi abadlıq-quruculuq işlərini dəvam etdirir.
Rayon Mənzil İstismar Sahəsi tərəfindən Masallı şəhər Qarabağ - 8, 9, 10,15, 16, 18, 24, 26 və 28 küçələrində çoxmənzilli yaşayış binalarının arası, məhəllədaxili yollarını otlardan, məişət tullantılarından və kollardan təmizlənmişdir.
Belə ki, küçələrdə insanların hərəkəti üçün, eyni zamanda binaların qarşısında uşaqların asudə vaxtlarının səmərəli keçirmələri üçün şərait yaradılır.
Abadlıq-quruculuq işlərini razılıq hissi ilə qarşılayan bina sakinləri görülən işləri yüksək qiymətləndirirlər.
Məlumat üçün bildirək ki, Masallı Rayon İcra Hakimiyyəti başçısının 01 iyun 2020-ci il tarixli müvafiq əmri ilə Masallı Rayon Mənzil İstismar Sahəsinin rəisi vəzifəsinə Zaur Hacıbala oğlu İbrahimov təyin olunmuşdur.
A.AĞAYEV, 
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад