Главная > İqtisadiyyat / Aqrar > Masallıda tütün yığımına başlanılıb
Masallıda tütün yığımına başlanılıb9-07-2020, 19:38. Разместил: yeni321 |
Masallıda tütün yığımına başlanılıb Masallı rayonunun Qızılağac, Xırmandalı, Şərəfə, Bədəlan kəndlərində tütün yığımına başlanılıb. Rayon üzrə 40-dan çox fermer 51 hektar sahədə tütün yetişdirir. Əsasən “Berley”, “Trabzon”, “İmmenium” növlərinə üstünlük verilib. Xirmandalılı fermer Məhərrəm İbrahimova məxsus 11 hektarda ilk məhsul yığılır. Burada 14 fəhlə növbəli şəkildə (gündə 2 dəfə) çalışır. Şəki MMC ilə müqavilə bağlayan fermer məhsulu münasib qiymətə satdığını vurğulayır. Subsiyadan da yararlanığını deyən M.İbrahimov bildirir ki, əgər torpaq sahəmiz genişləndirilsə, burada 50 hektara yaxın tütün əkmək mümkündür. Masallı Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə ötən il rayon üzrə 35 hektar sahədən 57,5 ton tütün istehsal olunub. Bu il isə 50 hektara yaxın tütün əkilib. Hazırda tütün sahələrindən 16 ton yaş tütün yığılıb. Yığım oktyabrın sonunadək davam edəcək. Akif VAQİFOĞLU, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |