Главная > İqtisadiyyat / Aqrar > Masallıda yay şumuna başlanıb, barama təhvilinə yekun vurulub

Masallıda yay şumuna başlanıb, barama təhvilinə yekun vurulub


22-07-2020, 19:41. Разместил: yeni321
Masallıda yay şumuna başlanıb, barama təhvilinə yekun vurulub 

Masallı rayonunun ərazilərində taxıl biçini başa çatan kimi mexanizatorlar yenidən sahələrə qayıtmışlar.
Onlar növbəti ilin məhsulu üçün yay şumuna başlamışlar. Masallı Rayon Statistika İdarəsindən verilən məlumata görə traktorçular mövsümdə 10 min hektardan çox sahədə yay şumu aparacaqlar.
Rayonda barama təhvili başa çatıb. Kümçülər bu il hava şəraitinin əlverişsiz olmasına baxmayaraq qəbul məntəqəsinə 2287, 5 kiloqram barama göndərə biliblər.
Səmidxan kəndi kümçülərinin bu sahədəki nəticələri uğurludur. Onlar 201 kiloqram məhsul istehsal ediblər.
Bədəlan, Öncəqala, Hişkədərə baramaçıları da fərqlənirlər.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад