Главная > İqtisadiyyat / Aqrar > MASALLIDA 253,9 HEKTARDA ÇƏLTİK BECƏRİLİR

MASALLIDA 253,9 HEKTARDA ÇƏLTİK BECƏRİLİR


25-07-2020, 11:48. Разместил: yeni321
MASALLIDA 253,9 HEKTARDA ÇƏLTİK BECƏRİLİR 

Masallı rayonunda ənənəvi əkinçilik sahəsi olan çəltikçiliyin inkişaf etdirilir. Bu məqsədlə görülmüş tədbirlər nəticəsində çəltik əkinləri əvvəlki ilə nisbətən 2020-ci ildə 36,7 hektar artırılaraq 253,9 hektara çatdırılmışdır.
Bu ilki vegetasiya dövründə rayon ərazisində əsasən “apola”, “haşimi”, “okean” və “şirüdi” çəltik sortları becərdilir.
Çəltik sahələri suvarma suyu ilə təmin olunaraq, yabanı alaq otlarına qarşı mübarizə tədbirləri davam etdirilir. Hazırkı vaxtadək ləklərin suvarma suyu ilə təmin olunmasında ciddi problemlər yaranmamışdır.
Masallı çəltikçiləri cari ildə sahələrdən daha yüksək məhsuldarlıq əldə etmək üçün var qüvvə ilə işləyirlər.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад