Главная > İqtisadiyyat / Aqrar > Arıçıların əməyi diqqət mərkəzindədir

Arıçıların əməyi diqqət mərkəzindədir


26-07-2020, 16:36. Разместил: yeni321
MASALLIDA – Arıçıların əməyi diqqət mərkəzindədir

Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə görə 2018-ci ildən başlayaraq 10 manat məbləğində subsidiya verilməsi və dövlət tərəfindən arıçılara dəstək göstərilməsi əhali arasında bu sahəyə marağı artırmışdır.
2019-cu ildə Masallı rayonunda arıçılıqla məşğul olan 483 nəfər arıçıya ümumilikdə saxladıqları 7821 arı ailəsinə (pətəyə) görə 78210 manat vəsait ödənilmişdir.
2020-ci ildə isə 564 arıçı saxladıqları 9918 arı ailəsini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçirmişdir.
Yaxın vaxtlarda Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən hər arı ailəsinə görə hesablanmış subsidiya məbləğinin arıçıların kart hesablarına köçürülməsi təmin olunacaqdır.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад