Главная > İqtisadiyyat / Aqrar > MASALLIDA BU GÜNƏDƏK 1840 TON SOĞAN YIĞILIB
MASALLIDA BU GÜNƏDƏK 1840 TON SOĞAN YIĞILIB30-07-2020, 16:36. Разместил: yeni321 |
MASALLIDA BU GÜNƏDƏK 1840 TON SOĞAN YIĞILIB Son illər Masallıda və ölkənin bazarlarında soğan daha boldur. Əlbəttə, bu yaxşı haldır. Evlərdə tələb olunan gündəlik qida məhsulu nə qədər bol olsa, bir o qədər yaxşıdır. Masallı rayonunda bu bitkinin əkin sahələri çox da geniş deyil. Bazar-dükanlarda isə daha çox Ağcabədi, Saatlı, Kürdəmir, Sabirabad soğanını tapmaq olar. Rayonumuzun ərazilərində bu il 130,5 hektar sahədə soğan yetişdirilib. Daha çox soğan əkən Mahmudavar, Təklə, Lürən, Banbaşı, Türkoba və Güllütəpə ərazilərində soğan yığımına başlanmışdır. Alim aqronomların məlumatına görə Masallı rayonunun ərazilərində yetişdirilən soğan keyfiyyəti ilə seçilir. Odur ki, alıcılar yerli məhsula üstünlük verirlər. Masallı tərəvəzçiləri indiyə kimi tarlalardan 1840 ton soğan məhsulu toplayıb bazarlara göndərmişlər. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |