Главная > İqtisadiyyat / Aqrar > Masallıda günəbaxan və noxud da yetişdirilir

Masallıda günəbaxan və noxud da yetişdirilir


4-08-2020, 14:08. Разместил: yeni321

Masallıda günəbaxan və noxud da yetişdirilir 

Bu il Masallı rayonunda 43,2 hektarda günəbaxan yetişdirilib.
Belə ki, son illər Masallı rayonunda günəbaxan bitkisinin becərilməsinə maraq çoxalıb. Günəbaxan becərməyin sərfəli olduğunu deyən Banbaşı (5 hektar), Çaxırlı (2 hektar), Qızılağac (2 hektar), Öncəqala (3 hektar), Səmidxan (2 hektar), Viləş (2hektar) və Yeddioymaq (2 hektar) sakinləri bildiriblər ki, günəbaxan bitkisinin dənindən tum və yağ emalında istifadə edilir. Qeyd edək ki, məhsulun yığımı əl əməyi vasitəsilə həyata keçirilir.
Təmizlənən və çeşidlənən məhsul müvafiq olaraq ölkənin daxili bazarına, günəbaxan tumları və yağ emalı müəssisələrinə təhvil verilir.
                                                                    ***
Masallıda əkinşiliyin qədim sahəsi olan noxudçuluğa bu gün də önəm verilir. Hər il on hektarlarla sahədə bu gərəkli ərzaq üçün bünövrə qoyulur. Ölkənin böyük şəhərləri də bu qiymətli ərzaqla təmin edilir.
Cari ildə Masallının ərazilərində 178 hektardan çox sahədə noxud əkilmişdir. Əkinçiliyin bu sahəsi ilə bədəlanlılar daha çox məşğul olurlar. Onlar 20 hektar sahədən məhsul götürüblər. Ərkivan, Mahmudavar, Təklə əkinçiləri də noxudçuluğa daha çox maraq göstərirlər.
 
“Yeni həyat”,      
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад